Icma.az
close
up
RU
İranın nüvə bazası, yoxsa kartof anbarı vurulub?! SENSASİON DETALLAR

İranın nüvə bazası, yoxsa kartof anbarı vurulub?! SENSASİON DETALLAR

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Bu gün səhər saatlarında bütün dünya İsrail və İran arasında atəşkəs başladığı xəbərini aldı. Bu barədə hər iki ölkənin rəsmi dövlət telekanalları məlumat yayıb. İran mediasının məlumatına görə, raket buraxılışlarının son dalğası Bakı vaxtı ilə saat 08:00-dək baş verib.
Qeyd edək ki, gecə saatlarında ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin əldə olunduğu ilə bağlı məlumat yayıb.
Sülh prosesinin əsas vasitəçisi Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani olub.
ABŞ Prezidenti Donald Tramp“Truth” sosial hesabında İsrail və İran arasında atəşkəsin artıq qüvvədə olduğunu deyib və hər iki tərəfi buna əməl etməyə çağırıb:
"Atəşkəs artıq qüvvədədir. Xahiş edirəm, onu pozmayın!”.
Qəribədir ki, rəsmi açıqlamalardan az sonra İsraillə İran arasında bir neçə saat əvvəl əldə olunan atəşkəs pozulub. Belə ki, İrandan İsrailin Hayfa şəhərinə doğru raket atılıb.
Bunun ardınca İsrailin müdafiə naziri İsrael Katz ölkənin Müdafiə ordusuna İrana atəşkəsin pozulmasına görə qətiyyətlə cavab vermək barədə göstəriş verib:
“İsrailin Müdafiə ordusuna İran tərəfindən atəşkəsin pozulmasına görə Tehranın mərkəzində rejimin hədəflərinə güclü zərbələr endirməklə cavab vermək göstərişi verdim”.
ABŞ-dan isə hələlik səs yoxdur. Lakin bütün hallarda Ağ Ev vəziyyətdən xəbərdardır. Yəqin ki, qəfil ortaya atılan atəşkəs ideyası hər üç tərəfin maraqlarını tam ifadə etmir. Üstəlik, ilkin şərtlər olmadan atəşkəs elan edilməsinə tərəflər məntiqi izah tapa bilməyiblər. Ona görə də atəşkəs pozulub.
Bir medalın iki üzü
Dəfələrlə qeyd etmişik ki, İsrail və İran eyni qapıya oynayır. Oyunu isə ABŞ idarə edir. Ona görə də İsraillə İran arasından uzunmüddətli müharibə heç vaxt real görünmür. Bu cür təxribatçı addımlarda müəyyən hədəflər, məqsədlər olur. Son hadisələrin də müəyyən məqsədi var idi. Amma hələ ki, ABŞ əsl hədəfdən yayınıb, müxtəlif versiyalar irəli sürür.
ABŞ və İsrail müharibənin başlamasının əsas səbəbi kimi İranın nüvə silahına sahib olmasının qarşısını almağı göstərdi.
12 günlük münaqişədən sonra problem həll edildimi? İran uranı zənginləşdirməkdən əl çəkdimi?

Bu suallar hələ ki, açıq qalır. Üstəlik, bir neçə gün əvvəl ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirdiyini bəyan etdi. ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri İrandakı üç nüvə obyektinə zərbə endirib:

“İrandakı Fordo, Nətənz və İsfahan daxil olmaqla üç nüvə obyektinə uğurlu hücum tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”.
Nəzərə alaq ki, nüvə obyektinə açıq zərbələr endirmək olduqca təhlükəlidir. Çünki, zənginləşdirilmiş uran partlayışa çox həssasdır. Üstəlik, partlayış zamanı ətrafa böyük ölçüdə öldürücü radiasiya yayılır. Amma nədənsə Fordo, Nətənz və İsfahan daxil olmaqla üç nüvə obyektinə edilən raket zərbəsindən sonra heç bir partlayış və fəsad olmadı.
Sanki Amerika İranın nüvə obyektini yox, kartof anbarını məhv edib. Maraqlıdır ki, rəsmi Tehran da bu “dəhşətli hücum” barədə çox danışmadı. Halbuki, bu hücum İran üçün qarşısı alınmaz faciə olmalı idi.
Amma heç nə olmadı...
Bu da o deməkdir ki, ABŞ və İsrail İranın nüvə obyektlərini yox, boş anbarları vurub. Əsas hədəfsə gizlədilib.
ABŞ və İsrailin ikinci iddiası ondan ibarət idi ki, İranda mövcud rejim dəyişməlidir. Hətta İranın dini lideri Xameneinin fiziki cəhətdən məhv ediləcəyi açıq şəkildə deyilirdi. Amma nə rejim dəyişdi, nə də ki, Xamenei öldürüldü.
Yəni ABŞ və İsrailin bəyan etdiyi 2 iddianın heç biri hələki reallaşmayıb. Belə olan təqdirdə atəşkəsin əldə olunduğu iddiası heç kimə inandırıcı gəlmir. Ona görə də qısa zaman ərzində silahlar yenə “danışmağa” başladı. Deməli, hədəfə tam nail olunmayıb.
Bəs hədəf nədir?
İndiki vəziyyətdə ortaya iki ehtimal çıxır. Birinci ehtimal odur ki, İranın rəsmi dairələrində “sözə baxmayan” qrup formalaşıb. Həmin qrup İranın İsrail və ABŞ-la işbirliyinə əngəl olur. Nəzərə alaq ki, son raket zərbələri zamanı xeyli general məhv edildi. Çox güman ki, raket hücumları zamanı “üsyankar qanad” tam məhv edilməyib. Ona görə də atəşkəs yenidən pozuldu.
İkinci ehtimal odur ki, İsrail və İran ABŞ-n göstərişi ilə münaqişəsi hesabına hansısa ölkəni müharibə bataqlığına çəkmək istəyir. Hələlik bu istək alınmayıb. Heç bir bölgə ölkəsi birmənalı şəkildə hansısa tərəfi dəstəkləmədi və münaqişəyə qoşulmaq istəmir. Hətta Dəməşqdə partladılan kilsədən və İranın ABŞ-ın Suriyadakı hərbi bazalarına edilən hücumlar da effektiv olmadı. Suriyanın yeni hökuməti bu təxribatlara soyuqqanlı yanaşır.
Ona görə də qarşıdurma dayandırıla bilməz. Baxmayaraq ki, bu münaqişə tərəflərə hər gün 350-400 milyon dollar ziyan vurur. Bütün zərərlərə rəğmən nəticə hasil olmayıb. Məhz bu səbəbdən davamlı atəşkəsdən danışmaq tezdir. Amma münaqişənin daha da intensivləşəcəyini proqnozlaşdırmaq da hələlik mümkün görünmür.../bizim.media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 İyun 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri