Icma.az
close
up
RU
İranın nüvə böhranı: ABŞ və Avropa dövlətlərinin təkrar təzyiqi nə qədər effektivdir?

İranın nüvə böhranı: ABŞ və Avropa dövlətlərinin təkrar təzyiqi nə qədər effektivdir?

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərə, Fransa və Almaniyadan ibarət olan və "E3" adı ilə tanınan Avropa Troykası ilə ABŞ, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyətinə İran əleyhinə təqdim etdiyi layihə qərarını təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, İranın Vyanadakı beynəlxalq təşkilatlar nezdindəki daimi nümayəndəsi və səfiri Riza Necefi, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyətinin İran əleyhinə qəbul etdiyi qərarla əlaqədar olaraq bunları söylədi: “ABŞ və üç Avropa ölkəsi, açıq şəkildə İran üzərində həddindən artıq təzyiq yaratmaq və mövcud vəziyyət haqqında tamamilə səhv və yanlış bir hekayə yaymaq üçün hazırlanmış bir qərar layihəsini bir daha təqdim etdilər.”

Necefi, bu ölkələrin İdarə Heyətinin fövqəladə iclaslarında İranın BAEA-nın təminatları çərçivəsindəki nüvə obyektlərinə edilən hücumlardan bəhs etmədiklərini və 2025-ci ilin iyun ayında İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə edilən hücumları açıq şəkildə qeyd edən BAEA-nın rəsmi hesabatının məzmununu görmədiklərini vurğulayıb. O, bu ölkələrin “qulaqardına vurulmuş və görmə qabiliyyəti olmayan” olduqlarını ifadə edib.

“Bu ölkələr, qəsdən hücum xarakterli hərəkətlərinə dair heç bir istinad etməməyə çalışırlar, çünki hücum edənlərdən biri bu qərar layihəsinin əsas dəstəkçilərindən biridir. Həmçinin, üzv dövlətləri yanıltmağa və qeyri-qanuni hərəkətlərinin məsuliyyətini qəbul etməkdən yayınmağa çalışırlar” – deyə əlavə edib.

BAEA İdarə Heyətinin iclası 19 noyabr çərşənbə günü başlayıb və 21 noyabr cümə günü sona çatacaq. 2015-ci ildə İran ilə 5+1 qrupu arasında imzalanan nüvə razılaşmasının hüquqi sənədi olan BMT Təhlükəsizlik Şurasının 2231 saylı Qərarı 18 oktyabrda sona çatdığı üçün, bu qərara əsasən İranın nüvə razılaşmasının icrasının izlənməsi məsələsi BAEA İdarə Heyətinin gündəmindən çıxarılıb.

BAEA, İranın razılaşma çərçivəsindəki öhdəliklərini yerinə yetirməsini texniki baxımdan izləməkdə məsul olsa da, bu öhdəliklər Qərb ölkələrinin laqeyd münasibəti səbəbindən yerinə yetirilə bilməmişdir.

İran, iyun ayında ABŞ və İsrailin ərazi bütövlüyünə qarşı hücumlarından sonra Agentliklə əməkdaşlığı dayandırdı. Bu hücumlar, İranın təhlükəsizlik tədbirləri razılaşması çərçivəsindəki nüvə obyektlərini də hədəf almışdır. Lakin tərəflər, sonradan Misirdə Agentlik müfəttişlərinin, İsfahan, Fordov və Natanzdakı bombalanmış obyektlər xaricində, İranın nüvə obyektlərini müəyyən bir səviyyədə ziyarət etmələrinə imkan verəcək yeni bir əməkdaşlıq modeli üzərində razılığa gəldilər.

Agentlik, iyun ayında zənginləşdirilmiş uran obyektlərinin hədəf alınmasının ardından, İranın yüksək təmizlənmiş uran ehtiyatlarının yeri ilə bağlı şübhələr irəli sürmüşdü. İranlı rəsmilər, bu maddənin bombalanmış obyektlərin dağıntıları altında basdırıldığını bildirmişlər.

"Bloomberg" daha əvvəl, diplomatların İranın, İsrailin hava hücumlarının ardından aylarca davam edən gərginlikdən sonra, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməyi və ABŞ ilə nüvə danışıqlarını yenidən başlatmaq üçün beynəlxalq çağırışlara məhəl qoymadığını bildirdiyini qeyd etmişdi.

İsrailin İranı hədəf alan hücumları, İran ilə ABŞ arasında sanksiyaların yüngülləşdirilməsi qarşılığında nüvə proqramının məhdudlaşdırılmasına dair dolayı danışıqların ortasında baş verdi. İran bu danışıqları "diplomatik xəyanət" olaraq qiymətləndirdi.

İranlı rəsmilər, ölkələrinin heç vaxt danışıqlardan qaçmadığını, lakin hər hansı bir danışıqlara başlamazdan əvvəl İranı hədəf alan hücumların təkrarlanmayacağına dair zəmanətlərin alınmasının vacib olduğunu vurğuladılar.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri