Icma.az
close
up
RU
İranın nüvə obyektləri ilə bağlı ziddiyyətli açıqlamalar: Tramp hövsələdən çıxır...

İranın nüvə obyektləri ilə bağlı ziddiyyətli açıqlamalar: Tramp hövsələdən çıxır...

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu mürəkkəb vəziyyətdədirlər. Onlar İranla 12 günlük müharibə nəticəsində nə qədər “zərbələr nəticəsində İranın uranı zənginləşdirmə mərkəzləri məhv edildi” desələr də, bunu sübut edəcək faktları yoxdur. İşləri korlayan Pentaqondan adının çəkilməsini istəməyən mənbənin İranın uranı zənginləşdirən mərkəzlərinin böyük zərər görməməsi barədə mətbuata ötürdüyü məlumat olub. Bu məlumat Donald Trampı hövsələdən çıxarıb. Çünki həmin xəbər Trampın qələbə eyforiyasını heçə endirib. Buna görə də Trampın təlimatı ilə müdafiə naziri və baş qərargah rəisi Vaşinqtonda birgə mətbuat konfransı keçiriblər. Ancaq həmin konfransda da jurnalistlərin sualları cavabsız qalıb, İranın uranı zənginləşdirən mərkəzlərinin dağıdıldığını sübut edən faktlar və ya görüntülər ortaya qoyulmayıb. İsrailin baş naziri Benyamin Netanyahu da eyni vəziyyətdədir. O Tramp kimi məsələyə nöqtə qoyulduğunu bildirib. Ancaq İsraildə də İranın daha uranı zənginləşdirməyəcəyinə dair şübhələr var. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş katibi baş direktoru Rafael Qrossinin İranın uranı yenidən zənginləşdirə biləcəyi haqqında açıqlaması şübhələri artırıb.

Bu arada, Tehran da siyasətini dəyişməyə başlayıb. Başda ali dini lider Əli Xameneyi olmaqla İran rəsmiləri və generalları 12 günlük müharibədən sonra belə bəyanatlar verdilər ki, İsrail və ABŞ İranın uranı zənginləşdirən mərkəzlərinə elə ciddi zərər vura bilməyiblər. Ancaq daha sonra Tehrandan fərqli açıqlamalar gəlməyə başlayıb. İran xarici işlər naziri Abbas Araqçı ABŞ-ın nüvə obyektlərinə zərbələrinin geniş və ciddi ziyan vurduğunu bildirib. Eyni səpgili açıqlamaları aşağı ranqlı digər iranlı diplomatlar da səsləndirib. Bu, Tehranın taktiki gedişidir. Çünki, İran rəsmiləri hər dəfə “zərbələr nüvə obyektlərinə zərər vurmayıb” desələr, bu Trampı və Netanyahunu gələcəkdə İrana yeni zərbələrə həvəsləndirə bilər. Bu isə İran rejimini növbəti sınaqla üz-üzə qoyacaq. Ona görə də Tehrandan Trampın və Netanyahunun nüvə obyektlərinin dağıdılması barədə fikirlrini təsdiq edəcək açıqlamaların sayı arta bilər. Zərbələr nəticəsində uranı zənginləşdirən mərkəzlərin real vəziyyətini isə İranda çox dar çərçivə bilir.

Politoloq Elxan Şahinoğlu,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sitat.info
archiveBu xəbər 27 İyun 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri