Icma.az
close
up
RU
İranın nüvə sirləri açılır ABŞ mövqeyini dəyişdi?

İranın nüvə sirləri açılır ABŞ mövqeyini dəyişdi?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, İranın ali rəhbəri Ayətullah Seyid Əli Xaməneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani bəyan edib ki, Vaşinqton nəhayət, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və ABŞ kəşfiyyat xidmətinin dəyərləndirmələrini qəbul edərək, İranın nüvə silahına malik olmadığını etiraf edib.

“Nəhayət, Vaşinqton AEBA və kəşfiyyat xidmətinin qiymətləndirmələrini qəbul etməklə İranın nüvə silahı olmadığını təsdiqlədi”, – deyə Əli Şamxani vurğulayıb.

Bəs bu açıqlama İranla bağlı nüvə təhlükəsini tamamilə aradan qaldırırmı?

Globalinfo.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, İranın nüvə proqramı son onilliklərdə beynəlxalq siyasətin əsas müzakirə mövzularından birinə çevrilib:

“Dünyada mövcud olan nüvə klubuna yeni bir dövlətin qoşulması beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaradır. Bu xüsusilə də İsrail dövləti üçün keçərlidir. Müxtəlif dövrlərdə İran tərəfindən “nüvə silahına sahib olsaq, İsraili yer üzündən silərik” kimi qorxulu və aqressiv bəyanatların səsləndirilməsi İsrail və onun əsas müttəfiqi olan ABŞ-da ciddi narahatlığa səbəb olub. Son günlər İsrailin İranın nüvə obyektlərinə mümkün hücumu ilə bağlı yayılan məlumatlar iki ölkə arasında münasibətləri daha da gərginləşdirib. Bu gərginliyin fonunda ABŞ və İran nümayəndələri arasında bir sıra diplomatik görüşlər keçirilib. Hazırkı məlumatlara əsasən, İranın nüvə silahına sahib olmadığı bildirilir”.

İlyas Hüseynov

Politoloqun fikrincə, İranın nüvə proqramından tamamilə imtina etdiyini söyləmək düzgün olmazdı:

“Bu məsələ beynəlxalq səviyyədə ciddi nəzarətdə olmalıdır. Xüsusilə Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) və digər ixtisaslaşmış qurumların təcrübəli nümayəndələri bu prosesi yaxından izləməlidirlər. Hindistan və Pakistan nümunəsində də görürük ki, hər iki dövlətin nüvə silahına malik olması onların arasında birbaşa hərbi qarşıdurmanın bəşəriyyət üçün faciəvi olacağından xəbər verir. Bu səbəbdən, İranın nüvə fəaliyyəti də eyni dərəcədə həssas və diqqət mərkəzində saxlanılmalı bir mövzudur”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri