Icma.az
close
up
RU
Gürcü politoloq: Azərbaycanın qələbəsi regionumuzun inkişafı üçün yeni imkanlar yaradıb

Gürcü politoloq: Azərbaycanın qələbəsi regionumuzun inkişafı üçün yeni imkanlar yaradıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Tbilisi, 8 noyabr, AZƏRTAC

Azərbaycanın 2020-ci ildə qazandığı Qələbə gürcü xalqının da böyük sevincinə səbəb olub. Mən bu gün həmin Qələbinin 5-ci ildönümü münasibətilə qardaş Azərbaycan xalqını, dostlarımı təbrik edirəm. Azərbaycanın 5 il əvvəl qazandığı parlaq Qələbə bizim üçün də yeni imkanlar açıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində sabiq Prezident Eduard Şevardnadzenin hakimiyyəti dövründə Gürcüstan Prezident Administrasiyasının rəhbəri işləmiş professor, siyasi şərhçi Petre Mamradze söyləyib. O deyib: “Beş il əvvəl Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Uzun illər davam edən proses ərzində Azərbaycan rəhbərliyi münaqişənin dinc yolla həlli və ərazi bütövlüyünün bərpası üçün bütün imkanlarını səfərbər etmişdi. Həmin dövrdə Azərbaycanda yeni bir nəsil yetişdi. Elə gənclər ki, Azərbaycanın 20 faizinin işğal altında qalması ilə barışmaq istəmirdilər. Elə onların, daha doğrusu xalq ilə dövlətin birliyi nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu.

Mən bu parlaq qələbə münasibətilə qardaş və dost Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edirəm”.

Petre Mamradzenin sözlərinə görə, Ermənistanda vəziyyət çox dəyişib. İndi birbaşa olaraq həm rəhbərlər, həm də sadə xalq deyirlər ki, köhnə mifləri bir kənara qoymaq lazımdır, çünki onlar yalnız Ermənistanın inkişafına mane olurdu. İndi isə inkişafa, tikintiyə və qonşuluq münasibətlərinə diqqət yetirmək lazımdır.

“Biz bilirik ki, Ermənistan və Türkiyə arasında münasibətlər prosesində uzun müddət dayanmış vəziyyət hərəkətə gəlib və bu, yalnız alqışlanmalıdır. Təbii ki, eyni zamanda, Azərbaycana qarşı vəziyyət dəyişib. Gürcüstan üçün bu, çox müsbət bir hadisədir. Bu, Cənubi Qafqazın statusunu tamamilə yeni səviyyəyə qaldırır. Böyük investisiyaların gözlənilməsi mümkündür. Beləliklə, bu, həqiqətən böyük bir irəliləyişdir. Əminəm ki, münaqişənin sona çatması həm Ermənistan dövləti, həm də erməni xalqı üçün xeyir gətirib”, - deyə Petre Mamradze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri