Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək” Tehran rəsmisinin gülməli açıqlaması KONKRET

“İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək” Tehran rəsmisinin gülməli açıqlaması KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sabiq üzvü Mahmud Əhmədi Biqeşin son açıqlaması təkcə absurddur, yox – həm də riyakarlığın pik həddidir. İran rəsmisi deyib ki, “Tehran Qarabağ müharibələrində Azərbaycanın tərəfini tutmaqla strateji səhvə yol verib”. Biqeşə görə, guya bu mövqe Ermənistanın İrana olan etimadını zəiflədib və bölgədə İranın mövqelərini sarsıdıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu açıqlama, əslində, İranın uzun illərdir yürütməkdə olduğu anti-Azərbaycan siyasətini “tərsinə çevirmə” cəhdidir. İran heç vaxt Azərbaycanın tərəfində olmayıb, əksinə, hər zaman Ermənistanın yanında yer alıb, onu silahla, siyasətlə, ideologiya ilə dəstəkləyib. Biqeşin dediyi kimi, “İran İlham Əliyevi açıq dəstəkləyib” fikri, ya tarixi bilməməkdir, ya da ictimai rəyi bilərəkdən çaşdırmaq cəhdidir. Reallıq isə tam fərqlidir və bunu sübut edən onlarla fakt var.

İkinci Qarabağ müharibəsində Rusiya tərəfindən Ermənistana göndərilən silah-sursatın bir hissəsi İran ərazisindən keçməklə çatdırılıb. Hətta bəzi mərhələlərdə İran bu tranziti asanlaşdırmaq üçün öz infrastrukturundan istifadə etməyə razılıq verib. Digər tərəfdən, Xüdafərin istiqamətində Azərbaycan Ordusunun irəliləməsini İranın xüsusi təyinatlıları fiziki olaraq əngəlləyib və əməliyyatların ən azı bir gün gecikməsinə səbəb olublar. İranın daxili siyasi dairələri, dini çevrələri və rəsmi mediası isə müharibə boyu və sonrasında Ermənistanın haqlarından, “qırmızı xətlər”dən danışıb.

Biqeşin “əgər biz Ermənistanın yerində olsaydıq, İrana etibar edərdikmi? Mən yox!” deməsi, əslində, İranın rəsmi etirafıdır – Ermənistan artıq İrana etibar etmir. Amma bu da yalandır. Çünki İrəvan–Tehran münasibətləri bu gün də davam edir, daha da möhkəmləndirilir və bu münasibətlərin əsas hədəfi Azərbaycan-Türkiyə ittifaqının qarşısını almaqdır.

İran nə zaman Azərbaycanın tərəfində olub? Heç zaman! İran nə zaman Ermənistanı tənqid edib? Heç zaman! Əksinə, Tehran rejimi daim Azərbaycan dövlətinin bölgədə güclənməsindən narahat olub, Zəngəzur dəhlizi ideyasına qarşı çıxıb, Arazboyu hərbi təlimlər keçirib, sərhəddə gərginlik yaradıb. Bu siyasət açıq şəkildə göstərir ki, İranın Ermənidən daha çox ermənipərəst olması sadəcə ittiham deyil, sübut olunmuş reallıqdır.

İndi isə İran cəmiyyətinə, region ölkələrinə və bəlkə də Azərbaycandakı bəzi “yumşaq” təbəqələrə mesaj ötürmək istəyirlər: guya biz vaxtilə Azərbaycanın tərəfində olmuşuq və bu, “səhv” imiş. Bu, sadəcə cılız və utanmaz təbliğatdır. Əgər İran həqiqətən də bir gün Azərbaycanın tərəfində dayanmaq istəsə, ilk növbədə Ermənistana verdiyi hərbi, iqtisadi, diplomatik dəstəyi durdurmalı, Zəngəzur layihəsini dəstəkləməli və İslam həmrəyliyi deyilən anlayışı sözlə yox, əməllə göstərməlidir.

Amma bu baş vermir. Və Biqeşin bu açıqlaması sübut edir ki, Tehranın səmimi siyasəti yoxdur, yalnız hiyləgərliyi, qorxusu və ikili oyunu var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Avqust 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see195

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see186

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see153

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri