İranın qərbində baş verən zəlzələlərdə üç nəfər xəsarət alıb YENİLƏNİB
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın qərbində yerləşən Kirmanşah əyalətinin Kuzəran şəhəri yaxınlığında baş verən zəlzələlər nəticəsində üç nəfər xəsarət alıb.
APA-nın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, İranın Fövqəladə Halların İdarəedilməsi Təşkilatının sözçüsü bildirib ki, bölgədə beş dəqiqə fasilə ilə iki zəlzələ qeydə alınıb.
Məlumata görə, ilk zəlzələ yerli vaxtla saat 07:13-də 8 kilometr dərinlikdə baş verib. Ardınca 13 kilometr dərinlikdə 5,7 maqnitudalı ikinci zəlzələ qeydə alınıb.
Bundan əvvəl Almaniyanın Geologiya Elmləri üzrə Tədqiqat Mərkəzi (GFZ) bölgədə baş verən zəlzələnin maqnitudasını əvvəlcə 5,0, daha sonra isə 4,5 olaraq yeniləmişdi.
İlkin məlumata əsasən, zəlzələlər nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda bölgədə vəziyyət qiymətləndirilir.
*** 11:05
İranın qərbində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Almaniyanın Geologiya Elmləri üzrə Tədqiqat Mərkəzinin (GFZ) məlumatına görə, zəlzələnin episentri 34,50 dərəcə şimal enliyi və 46,33 dərəcə şərq uzunluğunda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Qeyd olunub ki, ilkin məlumatda zəlzələnin maqnitudası 5,0 olaraq göstərilsə də, sonradan bu göstərici 4,5-ə yenilənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 20 İyul 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















