Icma.az
close
up
RU
İranın qisas planı İFŞA OLDU Tehran iki müsəlman ölkəsinə zərbə endirməyə HAZIRLAŞIR DETALLAR

İranın qisas planı İFŞA OLDU Tehran iki müsəlman ölkəsinə zərbə endirməyə HAZIRLAŞIR DETALLAR

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

İyunun 21-də ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməklə artıq münaqişəyə cəlb olunub.
Bu fonda İran rəsmiləri bəyan edirlər ki, Amerikaya cavab zərbələri endirəcəklər.
İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxtri Rəvançi bildirib ki, Tehran İsrailin hücumlarının davam etməsi fonunda ABŞ ilə danışıqlar aparmayacaq, lakin onun İslam Respublikasının nüvə obyektlərinə endirdiyi zərbələrə cavab verəcək. İran hətta Hörmüz boğazını gəmilərin üzünə bağlayacağını da bəyan edir.

Düzdür, hələlik Tehranın bu açıqlamları sözdən o yana keçməyib.
Bu fonda maraqlıdır görəsən, İran Vaşinqtonun zərbəsindən sonra geri addım atacaq, yoxsa hansısa cavab tədbiri görəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov düşünür ki, İran cavab olaraq Amerikanın İraq və Suriyadakı hərbi bazalarına əvvəlcədən razılaşdırılmış zərbələr endirə bilər:
“ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbədən sonra Tehran rəsmiləri dünyanın super dövlətinə qarşı əks zərbələr endirəcəklərini bəyan edib. Hədəfdə də ilk növbədə İraqda və Suriyadakı Amerika hərbi bazalarıdır. Güman ki, Tehran bu hərbi bazalara zərbələr endirəcək. Amma bu baş verərsə, Amerika İranı daha ağır zərbələrə məruz qoyacaq. Ola bilsin əvvəlcədən razılaşdırılmış təsirsiz zərbələr olsun və ABŞ-ın yenidən İranı bombalamasına ehtiyac olmasın”.
Ekspert qeyd edir ki, İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadəsinə heç kim etiraz etmir:
“Sadəcə olaraq, həmin məqsədlə istifadə olunacaq uran kənardan gətirilməlidir. Bu da dünyanın İrana etibar etməməsilə əlaqədardır. Bunun üçün əsas da var. Atom elektrik stansiyaları üçün uranın 3,67 faiz zənginləşdirilməsinə ehtiyac var. Dərman preparatları üçünsə 20 faiz zənginləşdirilməyə ehtiyac var və buna heç kim etiraz etmir. Ancaq 60 faiz zənginləşdirilmiş uran nəyə lazımdır?!

Bu cür davranışın nəticəsidir ki, dünya İrandan zənginləşdirilmiş uranı kənardan gətirməyi tələb edir. Qonşu dövlətlər, ABŞ və Beynəlxalq Atom Agentliyilə birlikdə korsorsiumun yaradılması təklif olunur. Hansı ki, təklifə əsasən uran burada zənginləşdirilməlidir və bölgə dövlətləri dinc məqsədlərlə ondan istifadə edə bilərlər. Tehran təəssüf ki, buna da razılıq vermir.

Hesab edirəm ki, İran rəhbərliyi xalqını düşünüb həmin planı qəbul etməlidir. Əks halda İranı böyük fəlakətlər gözləyir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 İyun 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri