Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

İranın sensasion planları: Pənah Hüseynin də olduğu kadrlar yayıldı Böyük hazırlıq gedir

İranın sensasion planları: Pənah Hüseynin də olduğu kadrlar yayıldı Böyük hazırlıq gedir

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Son günlər “YouTube” platformasında bir videomaterial xüsusilə diqqət çəkir. Görüntülərdə AXC iqtidarının yüksək rütbəli məmur heyətinin İrana rəsmi səfəri əks olunur. Nümayəndə heyətinə dövrün dövlət katibi Pənah Hüseyn başçılıq edir. Heyətdə daxili işlər naziri İsgəndər Həmidov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Sabit Bağırov, Milli Məclisin o vaxtkı vitse-spikeri Afiyəddin Cəlilov və sair rəsmi şəxslər təmsil olunurlar. İran telekanalları Pənah Hüseyndən səfər haqda fikirlərini soruşurlar. O, səfərin müsbət olduğu haqda açıqlamalar verir.

Diqqətçəkəm məqam odur ki, səfər üzərindən hazırlanan sənədli verilişdə həmin dövrdə İranın Azərbaycana çox ciddi yardımlar etdiyi bildirilir. Hətta deyilir ki, yardımlar yarıgizli şəkildə həyata keçirilib. Videoada Azərbaycan döyüşçülərinin, hərbiçilərinin İran xəstəxanalarında müalicəsi ilə bağlı kadrlar da yer alıb. Eləcə də İran prezidentinin tapşırığı ilə Azərbaycana müharibəyə görə bəzi yardımların edilməsinə və gizli saxlanılmasına dair tapşırıqların olduğu da xüsusi vurğulanır.

Səfərdə başqa nələr müzakirə edilmişdi? İran indiki situasiyada niyə bu görüntüləri yaydı?

Globalinfo.az-a danışan Pənah Hüseyn deyib ki, ölkə prezidentinin (Əbülfəz Elçibəy-red.) tapşırığı ilə iki dəfə Azərbaycan nümayəndə heyəti İrana səfər edib:

“İran İslam Respublikasının prezidenti, vitse-prezidenti, hərbi rəhbərliyi, iqtisadi sektora rəhbərlik edən şəxslərlə bir sıra dövlətarası məsələlər müzakirə edilib. 10-dan çox müqavilələr imzalanıb, bəzi problemli məsələlərin nizamlanması istiqamətində səylər göstərilib. Görüntülərlə hələ tanış deyiləm, amma əvvəllər də bu barədə danışılıb. Guya 1990-cı illərdə İran-Azərbaycan münasibətlərinin lazımi səviyyədə olmamasının səbəbkarı o dövrdəki hakimiyyətin siyasəti olub. Bunun doğru olmadığı üzə çıxır. Azərbaycan dövlətlərarası münasibətləri normal səviyyədə saxlamaq üçün kifayət qədər səylər göstərib. Sonrakı hakimiyyətlər dövründə də İrana bir sıra səfərlər olub. Bizim hakimiyyət dövründə İran tərəfi bir neçə dəfə cəhd etdi ki, prezident Əbülfəz Elçibəy bu ölkəyə səfər etsin. Lakin Elçibəyin səfəri reallaşmadı”.

Pənah Hüseyn

P.Hüseyn bildirib ki, 1992-93-cü illərdə hərbi təchizat sahəsində də İranla müəyyən danışıqlar aparılıb, qismən də olsa nəticələr olub:

“Biz o vaxt da müşahidə edirdik, sonralar da dəfələrlə ortaya çıxdı ki, təcavüzə məruz qalmış Azərbaycanın müdafiə olunmasında, qalib gəlməsində İran İslam Respublikası tərəfindən lazım olan addımların atılmasına həvəs göstərilmirdi. Əksinə, paralel olaraq Ermənistanla sıx münasibətlərin yaradılması, onlara bir növ nəfəslik verilməsi istiqamətində daha intensiv proseslər görülürdü. Bizdən sonrakı hakimiyyətlər dönəmində də bu fikir vaxtaşırı səslənib. Hesab edirəm ki, İran Ermənistanın Azərbaycana təcavüzü məsələsində Türkiyənin tutduğu mövqeyi ortaya qoysaydı, bu münaqişə hələ 90-cı illərin əvvəllərində bitərdi”.

Siyasi şərhçi Əziz Əlibəyli isə qeyd edib ki, İran tərəfindən istehsal olunan sənədli film seriyasına ciddi cavab verilməlidir:

“Filmdə yer alan səhnələrin ümumi gedişatı göstərir ki, burada məqsəd Azərbaycanın millətçi, türkçü və Elçibəyçi kəsimi sayılan, keçmişdə iqtidarda təmsil olunmuş şəxslərin – başda Pənah Hüseyn olmaqla bütün qrupun İrana səfərini, “Azərbaycan millətçiləri əslində fars imperializminə sığınır” düşüncəsi kimi tirajlamaqdır. Bütövlükdə film boyu səsləndirilən fikirlərlə onlar İranla bağlı Azərbaycanda formalaşmış iddiaları dağıtmaq istəyirlər. Demək istəyirlər ki, İran Ermənistanla yox, Azərbaycanla əlaqələr qurub, bizə yardımlar edib.

Digər qabartmaq istədikləri mövzudan biri də şiə amilidir. Göstərmək istəyirlər ki, İrandan sonra ən çox şiə yaşayan ölkə Azərbaycandır. Bu, mənəvi, dini baxımdan İranla birgə olmaq mənasına gəlir. Daha bir videoda tarixə istinad edirlər ki, Azərbaycan deyilən bir şey yoxdur, bu, qacarların şimal torpaqlarıdır və Rusiya tərəfindən işğal olunub. Bu, film vasitəsilə ölkəmizin müstəqillik tarixinə ciddi şəkildə böhtan atılmasıdır. Tariximizin saxtalaşdırılması, Qacariyyənin İran dövləti olmasının vurğulanmasıdır”.

Əziz Əlibəyli

Siyasi şərhçi deyib ki, indiki vəziyyətdə bəzi önəmli məsələlər ortaya çıxır:

“Niyə bu gün şiə, ələvilik amili üzərindən Azərbaycanı İranla keçmiş ortaq tarixə bağlamaq və dini parçalanmada alətə çevirmək istəkləri var? Çünki Türkiyə və Azərbaycan o kritik nöqtəni aşdı, hənəfilik və şiə əsasında dini parçalanma olmadı. Amma indi bu yolla toxumları əkməyə çalışırlar. Biz bunun simptomlarını Suriyada baş verən proseslərdə də görürük. Azərbaycan, Türkiyə, Suriya, İran oxşar coğrafiyalardır, oxşar maraqları var. Bu mənada coğrafiya üzərindən vahid ssenari işlənilir. Bu çərçivədə İran hazırda böyük sünni-şiə qarşıdurmasını hazırlamaq üzrədir. Əlbəttə Azərbaycan da bundan məhrum deyil. Ölkəmizin əleyhinə “Hüseyniyyun” təşkilatı qurdular, azərbaycanlılardan ibarət guya müxtəlif müqavimət hərəkatı yaratmağa başladılar. Təbii ki, bunların arxasında İranın qeyd etdiyim məqsədləri dayanır. Bunu da filmləşdirməyə başladılar. “Kasetlər” adlı sənədli filmlərdə görüntülər bəzi tədbirlərdəndir. Amma təqdimatı göstərildiyi kimidirmi? Əsas məsələ budur. Filmdən İran kəşfiyyatının qoxusu gəlir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Mart 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see252

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see231

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see209

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see208

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see207

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see190

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see188

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see183

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see160

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see157

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see151

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see150

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri