Icma.az
close
up
RU
İranın strateji məğlubiyyəti

İranın strateji məğlubiyyəti

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra İran mediası və sosial şəbəkələrində qısa bir video davamlı şəkildə paylaşılır: "2008-ci ildə Dəməşqdə keçirilən Ərəb Dövlətləri Liqasının sammitində Liviya lideri Müəmmər Qəzzafi çıxş edir və həmkarlarına müraciətlə həmin ərəfədə edam olunmuş İraq prezidenti Səddam Hüseynə işarə edərək deyir: "Hamınızın növbəsi çatacaq, hər birinizin üstünə gələcəklər". Zalda gülüşmə qopur, o cümlədən Suriya prezidentinin gülüşü kadrlara düşür. Amma sonrakı illərdə baş verənlər heç də gülməli olmur: bu xəbərdarlığı edən Qəzzafinin özü də, sammitə qatılmaqdan imtina edən Misir prezidenti Hüsni Mübarək də, nəhayət, həmin tədbirə ev sahibliyi edən Bəşər Əsəd də devrilir və indi hər kəsi növbədə kimin olduğu düşündürür. Bəziləri "növbədə İraqdır!" söyləsə də, nəzərlər daha çox Tehrana dikilib".

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.

Bildirilib ki, hədəfdə İranın olduğunu hələ Suriyadakı proseslərin qızğın vaxtında - Hələb süqut etdikdən sonra rəsmi "Keyhan" qəzeti son hədəfin İran olduğunu yazıb:

"Nəşrdə bildirilib ki, "Müqavimət oxu"na daxil olan qüvvələr İranın qolları, bizim müttəfiqlərimiz və dostlarımızdır. Onlara hücum etmək bizim gücümüzə zərbə vurmaq deməkdir. Son günlər Hələbdəki döyüşlərdə bir neçə iranlı şəhid olub. Odur ki, bu yeni müharibənin və Hələbdəki fitnənin başlıca və son hədəfi İrandır". "İran diplomatiyası" portalı isə "Suriyadan sonra İranın növbəsidir?" sualını başlığa çıxararaq yazıb: "ABŞ, İsrail və çox güman ki, regionun bir neçə ölkəsi tərəfindən "Müqavimət oxu"nu dağıtmaq və bölgənin geosiyasi vəziyyətini dəyişdirmək üçün böyük və planlaşdırılmış qəsd həyata keçirilməkdədir. Bu plan uğur qazanarsa, sonda birbaşa İran İslam Respublikasının üzərinə gələcəklər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri