İranın Suriyada nə qədər əsgər itirdiyi açıqlanıb Şok rəqəm
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran parlamenti Tehranın bölgədəki ən mühüm müttəfiqi Bəşər Əsədin devrilməsindən sonra Suriyada baş verənləri müzakirə etmək üçün qapalı iclas keçirib.
Ölkə.Az xəbər verir ki, "İran Observer"ə danışan iranlı deputat Mühəmməd Menan Reisi baş verənlərin sürpriz olduğunu bildirib.
"Biz 6 minə yaxın şəhid verdik, milyardlar xərclədik və bir həftə ərzində Suriyanı ekstremistlərə təslim etdik", - Reisi qeyd edib.
Digər tərəfdən, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami Əsəd rejiminin devrilməsindən sonra İranın Suriyadakı bütün hərbi varlığını geri çəkdiyini bildirib.
Bundan əvvəl bu məsələ ilə bağlı açıqlama verən yeganə rəsmi şəxs 2017-ci ildə İran Şəhidləri Təşkilatının prezidenti Məhəmməd Əli Şəhid olub. O, Suriya və İraqda ümumilikdə 2100 İran əsgərinin həyatını itirdiyini bildirib.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 11 Dekabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















