İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
İmam Xomeyni Beynəlxalq Hava Limanının baş direktoru: Qonşu ölkələrə bütün uçuşlar həyata keçirilir
APA-nın Tehran bürosunun məlumatına görə, İmam Xomeyni Beynəlxalq Hava Limanının baş direktoru Ramin Kaşif Azər İRNA dövlət xəbər agentliyinə müsahibəsində hava limanından müxtəlif istiqamətlərə uçuşlarla bağlı hər hansı məhdudiyyətin tətbiq edilməsi barədə məlumatları təkzib edib.
O bildirib ki, hava limanından bütün beynəlxalq istiqamətlər üzrə uçuşlar həyata keçirilir və onlar müəyyən edilmiş cədvələ uyğun icra olunur.
Kaşif Azər əlavə edib ki, bu günədək İmam Xomeyni Hava Limanından qonşu ölkələrin hava limanlarına, eləcə də xarici uçuşların həyata keçirildiyi 40-dan çox istiqamətə sərnişin daşınması ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Onun sözlərinə görə, bütün uçuşlar adi qaydada davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 12 Sentyabr 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















