İranın xarici işlər naziri ABŞ ilə mümkün razılaşmanın şərtlərini açıqlayıb
Icma.az, Aznews.az portalına istinadən məlumat verir.
İran hakimiyyəti ABŞ-nin təklif etdiyi sazişin şərtlərini müzakirə etməyə yalnız o halda hazırdır ki, Vaşinqton ölkənin nüvə proqramının tamamilə ləğvində israrlı olmayacaq.
Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi məlumat verib.
O, aydınlaşdırıb ki, amerikalıların mövqeyi konstruktiv olarsa, İran mümkün saziş üzrə dialoqa başlaya bilər.
"İranın uranın zənginləşdirilməsi məsələsi qəbul edilmiş faktdır və biz potensial narahatlıqlara baxmayaraq, [Amerika tərəfi ilə] etimadın gücləndirilməsi üzərində işləməyə hazırıq. Bununla belə, uranın zənginləşdirilməsi məsələsi müzakirə mövzusu deyil", - deyə Əraqçi jurnalistlərə bildirib.
Mövsüm
Aznews.az

İran Xarici İşlər Nazirliyi ABŞ la razılaşmanın şərtlərini açıqlayıb
11 Aprel 2025 12:53
Rusiya ABŞ ilə barışmaq üçün şərtlərini açıqlayıb
24 Aprel 2025 08:44
Tramp Çinlə razılaşmanın şərtlərini açıqladı
07 Aprel 2025 09:36
Zelenski istefasının şərtlərini açıqlayıb
19 Fevral 2025 16:27
İranın xarici işlər naziri Avropanı hədələdi
17 Noyabr 2024 00:48

