Icma.az
close
up
RU
İranın yeganə çıxış yolu Məsud Pezeşkianın səsləndirdiyi ictimai siyasi tezislərə uyğun siyasətin yürüdülməsidir

İranın yeganə çıxış yolu Məsud Pezeşkianın səsləndirdiyi ictimai siyasi tezislərə uyğun siyasətin yürüdülməsidir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atası ilə bağlı paylaşım edib. Yusif Pezeşkian özünün Telegram kanalında yazıb ki, prezidentin intellektual paradiqması onu tənqid edənlərin fikirlərindən fərqlənir: "Problemlərin həlli hökumətin, parlamentin, məhkəmələrin, dini qurumların və xalqın birgə fəaliyyətini tələb edir. Köhnə üsulları təkrarlayaraq yeni nəticələr gözləmək olmaz. Bəzən hər şeyi hərəkətə gətirmək üçün sistemi silkələmək lazımdır".

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Məsud Pezeşkian islahatçı düşüncələri ilə fərqlənir və yeni çağırışlara tamamilə adekvat fəaliyyət göstərir: “Məsud Pezeşkian hesab edir ki, İran İslam Respublikası əgər islahatlara getməsə və mühafizəkar siyasətini davam etdirsə, o zaman İran üçün çox ciddi problemlər meydana gələ bilər. Necə ki, Yaxın Şərqdə İranın mövqelərinə vurulan zərbə, İsrailin İrana hücumu və digər amillər Pezeşkianın fikirlərini təsdiq etdi. Yəni İran ənənəvi siyasətini davam etdirmək haqqında düşünərsə, o zaman İran üçün çox ciddi və geri dönüşü mümkün olmayan problemlər meydana çıxa bilər. Xüsusilə SEPAH daxilində radikal qrupların Xamenei üzərində çox ciddi təsir imkanları və təzyiq rıçaqları var. Bu da yeni islahatlara mane olan əsas faktorlardan biridir. Məsud Pezeşkianın bir müddət öncə, xüsusilə SEPAH-a yaxın media orqanları tərəfindən şantaja və təhqirlərə məruz qalması, ona qarşı qara piar kampaniyasının aparılması, onu islahatçı siyasətindən döndərmək məqsədi daşıyırdı. Amma təbii ki, Pezeşkian prinsipiallıq nümayiş etdirir. Pprezident Pezeşkian Qərblə, eyni zamanda bölgə dövlətləri ilə münasibətlərin normallaşdırılması və inkişafı ilə bağlı mütərəqqi fikirlərə malikdir. Ona görə də, ona qarşı daxili təzyiqlərin olma ehtimalı kifayət qədər yüksəkdir. Pezeşkianın son zamanlar reytinqinin yüksək olması, ölkə daxilində böyük tərəfdar kütləsinə malik olması, onun bu siyasətinin aparılmasında prinsipiallıq nümayiş etdirməsi üçün əsaslar yaradır”.

Əli Zülfüqaroğlu

Siyasi şərhçinin fikrincə, İranın hazırkı sisteminin köhnə, eyni zamanda korrupsiyalaşmış və ətalət içində olması heç kəsə sirr deyil və mövcud real mənzərə bundan ibarətdir: “Hələ Pezeşkian prezident olmamışdan öncə də siyasətçi olaraq, İranın köhnəlmiş sistemini sərt şəkildə tənqid edirdi. Pezeşkianın prezident seçilməsinə Xameneinin mane olmaması onu deməyə əsas verir ki, Xamenei də islahatlara qarşı deyil”.

Əli Zülfüqaroğlu hesab edir ki, SEPAH-ın İranın faktiki idarəçiliyində əsas güc olduğunu nəzərə alsaq, o zaman bu qurumun hazırda kifayət qədər yaşlı olan Xamenei üzərində təsir imkanlarının olduğunu söyləyə bilərik: “İstənilən halda, İranın yeganə çıxış yolu Pezeşkianın söylədiyi tezislərə uyğun siyasətin yürüdülməsidir. Yəni qonşularla normal münasibətlərin qurulması, Qərblə münasibətlərin normallaşdırılması, İsrailə İranın vurulması ilə bağlı arqumentlərin verilməməsi ilə yanaşı, eyni zamanda daxildə ciddi islahatların aparılmasının həyata keçirilməsidir.

Bilirsiniz ki, müəyyən yumşalmalara gedilməsi, məhkəmə hüquq sistemində islahatların aparılması və digər istiqamətlərdə kompleks islahatların həyata keçirilməsi İran üçün müsbət inkişaf meylləri yarada bilər.

Pezeşkianın siyasətini əngəlləmək istiqamətində SEPAH addımlar atarsa, o zaman İran üçün daha ciddi problemlərin meydana gəlməsi müşahidə oluna, xüsusilə Birləşmiş Ştatlarla İran arasında gərgin vəziyyət daha da dərinləşə bilər. Bununla da, İranla Birləşmiş Ştatlar arasında diplomatik kanallar bağlanar. Beləliklə, İsrailin İranın vurulması ilə bağlı hədəflərinə çatması üçün fürsət verilə yaranar. Ona görə də, İranın inkişafı və təhlükəsizliyinin təmin olunması üçün Peşkianın mütərəqqi ideyalarından başqa alternativ yoxdur”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 Oktyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri