Icma.az
close
up
RU
İranın Azərbaycana qarşı münasibəti dəyişməyəcəksə, Məsud Pezeşkianın səfərini faydasız nəticələnəcək

İranın Azərbaycana qarşı münasibəti dəyişməyəcəksə, Məsud Pezeşkianın səfərini faydasız nəticələnəcək

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Məsud Pezeşkianın Azərbaycanda gəlib şer oxuması, Pezeşkian tərəfindən xoş bir yanaşma kimi şərh etmək olar. İstəyir ki, ölkələr arasında yaxşı münasibətlər olsun. Amma bu, İranın Azərbaycan dövlətinə münasibətinə də təsir edəcəkmi? Bunun özü ciddi bir mövzudur ki, danışıla bilər. Yəni nəzərə almalıyıq ki, Tehran mərkəzli siyasi münasibət heç vaxt Azərbaycan Respublikasına xoşməramlı sayılmır. Məsud Pezeşkianın səfərində daha çox Təbriz mərkəzli yanaşma sərgilənir. Şəhriyardan şeir oxumaq, açıqlamalarında “mən özümü elə bil doğma bir şəhərdə hiss edirəm, bura Təbrizdir, eyni Ərdəbildir” ifadə etməsi Azərbaycan Respublikasına siyasi baxış bucağını göstərir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, İranın siyasi-ideoloji yanaşması fars mərkəzli və farsların uydurduqları tarix əsasında olduğuna görə, Azərbaycana hər zaman düşmən gözü ilə baxılır.

Sadiq İsabəyli

“Ermənistanla İran arasındakı münasibətlərin irəliləməsi və yüksək qiymət verilməsi Azərbaycana olan düşmənçilikdən qaynaqlanır. İran çalışır ki, Ermənistan üzərindən Azərbaycana təzyiq göstərsin. Bu reallıq tamamilə başqa bir siyasi mənzərəni ortaya qoymaqdadır və bu da ondan ibarətdir ki, Azərbaycan Güney Qafqazda bölgənin əsas söz sahibi olan dövlətidir. Və nəinki İran, istənilən ölkə Ermənistanın arxasında dursa da, bu reallığı Azərbaycanın əleyhinə dəyişə bilməz”-deyən Sadiq İsabəylinin fikrincə, bu səfərdən sonrakı münasibətə baxmaq lazımdır.

Azərbaycan və İran arasındakı münasibətlər yeni dönəmdə şəffaf olacaqmı?

“Sərhəd bölgələrində iki ölkə arasında bir sıra problemlər ki, vardı. Məsələn, İrandan hər zaman Azərbaycana narkotik göndərirdilər. Bu da bir növ təxribatdır və bunun arxasında İrana məxsus narkomafiya durub. İran İslam İnqilabı Keşikçiləri Korpusu rəsmiləri ifadə etdi ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarından Muhsin Rzai onlardan biridir. Yəni İranda narkobiznesin qurulması SEPAH-ın əli ilə olub və bunu da təsdiqləyən Ruhullah Xomeyni olub. Yəni Seyyid Əli Hüseyni Xameneidən öncəki dini rəhbər. Ondan xahiş ediblər ki, belə bir şərait var və biz bundan istifadə edə bilərik. Həm terror qruplaşmasının maliyyələşdirilməsi, həm düşmən ölkələrin zəiflədilməsi, həm də ölkə daxilində narkomafiyanın formalaşmasının mümkünsüz olduğu üçün buna SEPAH özü nəzarət etməlidir. Elə o vaxtdan İran İslam İnqilabı Keşikçiləri Korpusu əsas biznes mafiyasının başında olan qurumlardan biridir. Əgər yenə də Azərbaycana narkotik ixrac olunacaqsa və İran tərəfindən nəzarət edilməyəcəksə, Azərbaycan dövlətinə qarşı yenə də ideoloji təbliğatlar aparılacaqsa, bu da o deməkdir ki, Pezeşkianın səfəri sözdə əməkdaşlıq, qardaşlıq, dostluq, mədəni, mədəni, iqtisadi, digər sahələrdə münasibətlərin yaxşılaşdırılması anlamı daşıyacaq. Yəni İranın siyasi, ideoloji baxışlarında hər hansı bir dəyişiklik olmayacaq. Belə olan halda təbii ki, belə səfərlərin təsiri uzunmüddətli olmur. Yenidən gərginliklər yaranır, problemlər ortaya çıxır. Bu problemlərin həlli məsələsində İran prezidentinin siyasi iradəsi təsirsiz qalır. Problemlərin həlli üçün Tehran mərkəzli bir yanaşma sərgilənir və problem nəinki həll olunmur, vəziyyət daha da mürəkkəbləşir”-deyə Sadiq İsabəyli qeyd edib.

“Azərbaycan dövlət olaraq qarşılanma mərasimində Məsud Pezeşkiana münasibətdə hər şeyi yüksək səviyyədə ortaya qoydu. Azərbaycan Prezidenti İranın Azərbaycanla siyasi iradə problemlərinin aradan qaldırılması üçün nə qədər əhəmiyyətli olduğunu və bunu Azərbaycan dövlətinin həll etmək üçün hazır olduğunu bəyan etdi. Bu da onu göstərir ki, Azərbaycan dövləti və dövlət başçısı İlham Əliyev bu məsələyə çox ciddi yanaşır”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 May 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see161

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri