İranın yeni Ali rəhbəri seçilib
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
İran İslam Respublikasının Ekspertlər Şurası Müctəba Xameneini İslam Respublikasının yeni Ali rəhbəri seçib.
BAKU.WS xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bildirlib ki, İran Ekspertlər Məclisinin üzvü Hüseyn Əli Eşkəvari daha əvvəl Xameneinin adının İranın Ali lideri olaraq qalacağını bildirmişdi. Eşkəvari əlavə edib ki, yeni lider seçilib və onun adı tezliklə rəsmilər tərəfindən açıqlanacaq.
Xatırladaq ki, Ali rəhbər vəzifəsinə bir neçə nəfər namizəd idi. 57 yaşlı Müctəba Xamenei Körfəz müharibəsində iştirak edib. O, atasının siyasi kursunun qatı tərəfdarı kimi tanınır.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.
İslam Respublikasının Ali rəhbəri Əli Xamenei fevralın 28-də İrana zərbələr zamanı öldürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 09 Mart 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















