Icma.az
close
up
RU
İranın yeraltı nüvə obyektlərinə zərbə Azərbaycana da təhlükə yaradacaq Zəlzələşünas

İranın yeraltı nüvə obyektlərinə zərbə Azərbaycana da təhlükə yaradacaq Zəlzələşünas

Modern.az saytına istinadən Icma.az xəbər verir.

İranın yeraltı nüvə obyektlərinə mümkün hərbi zərbələr seysmik aktivliyin artmasına və zəlzələlərin baş verməsinə səbəb ola bilər. Bu barədə Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri Qulam Babayev Modern.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, İranın yeraltı nüvə infrastrukturlarının dəqiq yerləşdiyi dərinliklər ictimaiyyətə məlum olmasa da, belə obyektlərə ediləcək hərbi müdaxilə ciddi nəticələrə səbəb ola bilər:

“Yeraltı nüvə obyektlərinin hədəfə alınması güclü partlayışlar və seysmik titrəyişlərə gətirib çıxara bilər. Belə partlayışlar həm ekoloji fəlakət, həm də yeraltı seysmik ocaqların aktivləşməsi ilə nəticələnə bilər. Əgər bu ocaqlar hərəkətə gələrsə, qonşu bölgələrdə - o cümlədən Azərbaycanda da seysmik fəallığın artması mümkündür”.

Q.Babayev qeyd edib ki, yerüstü nüvə obyektlərinin zədələnməsi zamanı küləyin istiqamətindən asılı olaraq radioaktiv hissəciklərin yayılması Azərbaycana da təsir göstərə bilər. Lakin yeraltı obyektlərə edilən zərbələr daha çox seysmik təsir baxımından təhlükəlidir:

“Əgər İran ərazisindəki aktiv seysmik ocaqlar zərbə nəticəsində oyansa, bu proses qonşu seysmik zonalara da sirayət edə bilər. Məsələn, Türkiyə və Azərbaycan ərazilərində yerləşən seysmik zonalarda aktivlik müşahidə edilə bilər. Fizikanın qanunlarına əsasən, bir ocaq aktivləşərsə, qonşu ocaqlar da hərəkətə gələ bilər və ya enerji yığımı sürətlənə bilər”.

O həmçinin vurğulayıb ki, bu cür proseslərin Azərbaycanda dağıdıcı zəlzələyə səbəb olacağı ehtimalı yüksək olmasa da, hiss edilən təkanların baş verməsi mümkündür:

“Azərbaycan ərazisində zəlzələ olsa belə, onun güclü və katastrofik olacağı gözlənilmir. Ancaq yerin dərin qatlarında enerji toplanması prosesinə süni müdaxilə ilə nüvə obyektlərinin vurulması təbii proseslərini sürətləndirə və ‘trigger effekti’ yarada bilər”.

Aytac Bəhruzqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyun 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see141

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see128

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see125

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see121

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri