Icma.az
close
up
RU
İranın zəifləməsi Rusiyanın imkanlarını artıra bilər

İranın zəifləməsi Rusiyanın imkanlarını artıra bilər

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İsrailin İran hədəflərinə güclü zərbələri beynəlxalq rezonansa səbəb olduqda, enerji cəbhəsində vəziyyət gözlənilmədən Rusiyanın xeyrinə dəyişə bilər.

Bizimyol.info xəbər verir ki, "Forbes"in yazdığına görə, Çinin Yaxın Şərqdən tədarükün sabitliyi ilə bağlı artan narahatlığı sayəsində Moskva münaqişədən əsas fayda qazanan ola bilər.

Nəşrin məlumatına əsasən, Pekin Yamal yarımadasını Çinlə birləşdirəcək, 1600 mil uzunluğunda olan irimiqyaslı “Sibirin Gücü – 2” Rusiya qaz kəmərinə növbəti dəfə maraq göstərib. Bu, Vladimir Putinin bu ilin payızında Çinə gözlənilən səfərinin əsas gündəm maddələrindən biridir.

Çinin artan marağının səbəbi yalnız regionun qeyri-sabitliyi ilə bağlı deyil, həm də Çinin Yaxın Şərqdən enerji asılılığı ilə əlaqədardır. Məlumatlara görə, Çin LNG idxalının təxminən 30%-i Fars Körfəzi ölkələrindən, xüsusilə Qətər və BƏƏ-dən alır.

Eyni zamanda, İranın neft ixracının təqribən 90%-i Çinə gedir - gündə təxminən 1,4 milyon barel. Buna görə də istənilən qeyri-sabitlik, xüsusilə Hörmüz boğazının bağlanma ehtimalı, Pekini ciddi şəkildə narahat edir.

Son münaqişə zamanı İran Hörmüz boğazını bağlamasa da, analitiklərə görə, bu addımın təhlükəsi Çin rəhbərliyini alternativ enerji mənbələri axtarmağa təşviq edib. Burada isə Ukraynada müharibə başlayandan sonra Avropa qaz bazarını itirmiş Rusiya əsas rol oynayır.

“Hərbi vəziyyətin qeyri-sabitliyi və gözlənilməzliyi Çin rəhbərliyinə göstərdi ki, quru boru kəmərləri ilə sabit tədarükün geosiyasi üstünlükləri var”, - deyə Karnegi Mərkəzindən ekspert Aleksandr Qabuyev qeyd edir. Onun fikrincə, Moskva yaranan boşluğu doldurmağa hazırdır.

Nəşrdə qeyd olunur ki, “Sibirin Gücü 2” qaz kəməri inşa edildikdə, bu, Rusiyanın Asiya enerji bazarındakı mövqeyini gücləndirəcək və Moskva ilə Pekini ABŞ-ın zəiflətmək istədiyi strateji tərəfdaşlığa daha da yaxınlaşdıracaq.

Hazırda fəaliyyət göstərən "Sibirin Gücü" qaz kəməri Çinin təbii qaz tələbatının təxminən 10%-ni qarşılayır və Rusiya da Çinə istehlak edilən bütün neftin təxminən 20%-ini təmin edir. Lakin layihənin həyata keçirilməsi üçün hələ ciddi maneələr mövcuddur. Əvvəllər tərəflər qazın qiyməti və mülkiyyət payı ilə bağlı razılığa gələ bilməmişdilər. Layihənin icra müddəti isə 5 il və ya daha çox uzana bilər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 İyul 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri