Icma.az
close
up
RU
İranın Zəngəzu ritorikası: Sülh prosesinə və regionun siyasi tarazlığına təsirləri

İranın Zəngəzu ritorikası: Sülh prosesinə və regionun siyasi tarazlığına təsirləri

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın Zəngəzur dəhlizi anlayışını rədd etməsi və sərt ritorika nümayiş etdirməsi Azərbaycan–Ermənistan sülh prosesi və regionun siyasi balansı baxımından diqqətəlayiq məsələdir.

Regionda hər bir dövlətin mövqeyi həm diplomatik, həm də iqtisadi sahədə müəyyən təsir yaradır. Zəngəzur dəhlizi layihəsi yalnız Azərbaycanın və Ermənistanın maraqlarını əhatə etməyib, həm də ABŞ və digər beynəlxalq aktorların diqqət mərkəzindədir. Bu baxımdan İranın sərt mövqeyi, rəsmi Bakı və Yerevan arasında irəliləyişin tempinə təsir göstərə, sülh prosesində müəyyən gərginliklər yarada bilər.

Eyni zamanda, region dövlətləri arasında mövcud geosiyasi balansın pozulması riski də mövcuddur. İranın ritorikası diplomatik arenada bəzi maneələr yaratsa da, hüquqi və texniki baxımdan dəhlizin açılması prosesi əsas iştirakçılar arasında davam edən razılaşmalarla tənzimlənir. Buna baxmayaraq, Tehran mövqeyini qoruyaraq, həm regional güc tarazlığında, həm də enerji və nəqliyyat infrastrukturuna dair strateji maraqlarda təsir imkanlarını saxlayır.

İranın Zəngəzur dəhlizi anlayışını rədd etməsi və sərt ritorikanı davam etdirməsi gələcəkdə Azərbaycan–Ermənistan sülh prosesinə və regionun siyasi balansına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələlər Vaşinqton görüşündə Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanmış sənədlərlə tənzimlənir: 

"İran bu anlaşmaların iştirakçısı olmadığından, hüquqi baxımdan prosesə müdaxilə etmək imkanı yoxdur. Dəhlizlə bağlı bütün hüquqi, maliyyə və texniki tənzimləmələr Azərbaycan, Ermənistan və ABŞ arasında həll olunacaq".

Elçin Xalidbəyli: Zəngəzur dəhlizinin açılması qaçılmaz olacaq

Onun sözlərinə görə, İranın dəhlizi qəbul edib-etməməsi hazırda region dövlətlərini və dəhlizin iştirakçılarını narahat etməməlidir. Sadəcə, İran prosesin əngəllənməsi üçün radikal açıqlamalar verir. Halbuki dəhliz İrana ciddi problem yaratmır, əksinə fayda da gətirə bilər. İran sadəcə ənənəvi mövqeyinə sadiq qaldığını nümayiş etdirir və bundan daha çox təsir imkanları yoxdur.

Politoloq əlavə edib ki, layihənin əsas iştirakçılarından biri olan ABŞ-ın maraqları nəzərə alındıqda, İranın prosesə kobud müdaxilə etməsi inandırıcı deyil:

"Dəhlizin açılması mərhələsində yalnız müəyyən müqavimət açıqlamaları verilə bilər, lakin dəhliz işə düşdükdən sonra heç kəs bu məsələyə müdaxilə etməyə cəhd etməyəcək. Nəticədə Zəngəzur dəhlizinin açılması qaçılmaz olacaq".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Sentyabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see520

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see234

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see219

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see217

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see217

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see206

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see198

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see196

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see191

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see189

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see187

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see167

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see163

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see162

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see161

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see160

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri