Icma.az
close
up
RU
İranın diplomatik cəbhəsi: Sülh axtarışı və beynəlxalq təzyiqlər

İranın diplomatik cəbhəsi: Sülh axtarışı və beynəlxalq təzyiqlər

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

İran müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırıb. İranın xarici işlər naziri Abbas Araqçı iyunun 20-də Cenevrədə Avropa ölkələrinin xarici işlər nazirləri ilə görüşüb. Görüşdən əvvəl Avropa nazirlərinin ABŞ dövlət katibi Marko Rubio ilə məsləhətləşmələr aparması diqdəti çəkib. Görünür, avropalı nazirlər bu yolla ABŞ-ın İrana qarşı müharibəyə başlayıb-başlamayacağını və ya əksinə Vaşinqtonun Tehranla danışıqlara maraqlı olub-olmadığını müəyyənləşdirmək istəyiblər.
Avropa ölkələrinin mövqeyi belədir ki, Vaşinqton və Tehran nüvə proqramı ilə bağlı məsələlərin sülh yolu ilə həlli üzrə danışıqları davam etdirməlidir. ABŞ prezidenti Donald Trampın Avropalı müttəfiqlərin İranla sazişə yaxınlaşmaq üçün göstərdiyi diplomatik təşəbbüsləri dəstəklədiyi bildirilib. Ancaq söhbət Donald Trampdan gedirsə, Ağ Ev sahibinin qərarının necə olacağını proqnozlaşdırmaq çətindir.
İranın xarici işlər naziri Cenevrədən sonra İstanbula gedib. Burada Tehranın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısı keçirilib. Abbas Araqçı Türkiyədə sonra Rusiyada gedəcək. İran xarici işlər nazirinin yaxın günlərdə Çinə səfər edəcəyi də istisna deyil. Tehran bu görüşlər və müzakirələr vasitəsilə beynəlxalq aləmin müharibəni dayandırmaq üçün İsrailə təzyiqi arıtıracağına ümidlidir. Çünki, müharibə uzanarsa, ABŞ-ın İrana zərbələr endirəcəyi ehtimalı artacaq. Bunu Moskva ilə Pekin də bilir. Ona görə həm Rusiya, həm də Çin Vaşinqtona daima mesajlar göndərirlər ki, ABŞ İsrailə dəstək verməsin.
“ABŞ-ın İrana hücumu Çinin gücünün sərhədlərini göstərəcək” – bu “New York Times” qəzetində yayımlanan məqalənin başlığıdır. Donald Tramp ümid edir ki, Çin İrana hərbi dəstək verməyəcək. Halbuki, Çindən havaya qalxan bir neçə yük təyyarəsinin İrana enməsinə dair məlumatlar yayılıb. Bu təyyarələrdə İrana nəyin daşındığı barədə məlumat yoxdur. Buna baxmayaraq, Ağ Ev sahibi çinli həmkarı Si Cinpinin riskə gedərək İran əməli dəstək verəcəyini düşünmür. “Mənim Si Cinpinlə yaxşı münasibətlərim var və Çinin İsrail-İran müdaxilə edəcəyinə inanmıram” – deyən Donald Trampı cümləsini bu sözlərlə bitirib: “Baxarıq nələr olacaq”. Yəni Tramp Si Cinpini tərifləsə də, Pekinin necə qərar verəcəyinə tam əmin deyil. Çin neftə olan tələbatının önəmli hissəsini İrandan alırdı. Müharibə davam etdikcə bu mümkün olmayacaq. İran Hörmüz boğazını qapadarsa, Çin Körfəz ölkələrindən də neft ala bilməyəcək. Bu Çini enerji böhranına sürükləyə bilər. Bu səbəbdən Pekin Moskva ilə birgə müharibəni dayandırmaq üçün səylərini artıracaqlar. Ancaq İsrailin və ABŞ-ın planları fərqlidir...

Elxan Şahinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 İyun 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see154

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see133

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see131

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri