Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

İranla ABŞ arasında gizli razılıq Detallar bəlli olur

İranla ABŞ arasında gizli razılıq Detallar bəlli olur

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranın AEBA-dakı nümayəndəsi Rza Nəcəfinin son açıqlaması diqqət çəkir. Beləki o, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Rəhbərlər Şurasına təqdim etdiyi anti-İran qətnaməsinin siyasi motivli olduğunu diqqətə çatdırıb. İranın beynəlxalq qurumdakı təmsilçisi xəbərdarlıq edib ki, qətnamə təsdiq olunarsa, Tehranın reaksiyası sarsıdıcı olacaq.

İran sarsıdıcı cavab deyəndə nəyi nəzərdə tutur? Ümumiyyətlə, bu ölkələrdə İran arasında hansı növ gərginlik ola bilər?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) adından yayılan bəyanatlarda müəyyən ziddiyyətlər mövcuddur:

“Qurumun bəyanatlarının birində qeyd olunur ki, İranın nüvə laboratoriyaları yerin təxminən 1 km dərinliyində yerləşir və onları məhv etmək üçün ABŞ və İsrailin istifadəsində olan bombalar kifayət etmir. Digər tərəfdən isə deyilir ki, İranın nüvə proqramı ilə bağlı şəffaflıq təmin olunmur. İran tərəfi də buna qarşı müxtəlif müəmmalı açıqlamalar verir. İran rəsmilərinin bəyanatına görə, ölkə nüvə silahı əldə etməyə bir addım məsafədədir, 60 faiz səviyyəsində zənginləşdirilmiş uran əldə edilib və bu, qısa müddətdə 90 faizə çatdırıla bilər. İranda bir neçə yüz kiloqram zənginləşdirilmiş uran mövcuddur ki, bu miqdardan çoxsaylı nüvə başlıqları hazırlamaq mümkündür. Bu cür məlumatlar daha çox təzyiq xarakteri daşıyır və ABŞ-İran nümayəndə heyətləri arasında keçirilən görüşlərə təsir göstərmək məqsədi güdür”.


Sədrəddin Soltan

Həmçinin oxuyun:

Trampın sürpriz İran açıqlaması – Vaşinqtonla Tehran arasında nə baş verir?

Sədrəddin Soltan qeyd edib ki, beynəlxalq ictimaiyyət daha çox ABŞ-İran danışıqlarının gedişatına diqqət yetirməlidir:

“İyunun 15-də bu danışıqların 6-cı raundu keçiriləcək. Əgər ortada heç bir nəticə yoxdursa, niyə altı dəfə görüş keçirilsin? Deməli, tərəflər müəyyən mənada razılığa gəliblər. Danışıqlar davam edir və müxtəlif məsələlər müzakirə olunur. Ümumilikdə nə İran, nə də ABŞ üçün hərbi əməliyyatlar sərfəli hesab edilir. Hər iki tərəf regionda yumşaq güc siyasətinə üstünlük verir. Əgər İran İsrailə və ya ABŞ-ın regiondakı bazalarına zərbə endirərsə, ölkə daxilində hansı hadisələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bu, hazırkı rejim üçün ciddi çətinliklər yarada bilər. Beynəlxalq ictimaiyyət regionda gərginlik və böyük faciələr yaşanmasını istəmir, humanitar fəlakətə hazır deyil”.

Politoloq hesab edir ki, ABŞ və İran arasında münasibətlər danışıqlar yolu ilə tədricən yumşalacaq:

“Tehranın Qərblə gec-tez razılığa gələcəyi ehtimalı yüksəkdir. Bu barədə məlumatlar artıq yayılır. Hələ ki, danışıqlar dalana dirənməyib. İran rəsmiləri bununla bağlı dəfələrlə məlumat veriblər”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 İyun 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see617

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see511

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see460

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see334

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see326

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see308

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see290

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see278

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see267

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see252

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see244

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see236

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see212

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see209

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see209

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see196

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see194

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see190

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

01 Noyabr 2026 15:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri