Icma.az
close
up
RU
Ermənistan İranla bağlı gizli məlumatları ABŞ və İsrailə ötürüb SENSASİON DETALLAR

Ermənistan İranla bağlı gizli məlumatları ABŞ və İsrailə ötürüb SENSASİON DETALLAR

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan özünə dost saydığı İranı da satmağa başlayıb.
Məlumatlara görə, Ermənistan hakimiyyəti ABŞ xüsusi xidmət orqanlarına İrana yönələn tranzit avia daşımalarla bağlı məxfi məlumatlar ötürüb. Bundan əlavə, Ermənistanın cənub bölgəsində ABŞ və İsrailin maraqları naminə casusluq fəaliyyəti həyata keçirilib.
Bu əməliyyatlara Ermənistandakı Avropa İttifaqı missiyasının cəlb olunduğu da iddia olunur.

Yayılan məlumatlara görə, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan da məhz bu əməliyyatlarda iştirakdan imtina etdiyinə görə, vəzifədən uzaqlaşdırılıb.
Görünən odur ki, Ermənistan ilk fürsət düşən kimi Tehranı satmaq yolunu tutub.
Belə vəziyyətdə İran Ermənistan münasibətlərində nə dəyişəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Ermənistan İran münasibətləri İrəvan tərəfindən islamofob siyasi təfəkkür əsasında formalaşıb:
“Ermənistan Təhlükəsizlik Xidmətinin İranla bağlı məlumatları İsrail və ABŞ-a ötürməsi əslində erməni mentalitetinin çox bariz nümunələrindən biridir. Baxmayaraq ki, İran daima Ermənistanı özünə müttəfiq hesab edib. Buna rəğmən Ermənistan İrana həmişə bir müsəlman ölkəsi kimi baxıb və situativ olaraq öz maraqlarını təmin etmək üçün ona dost kimi görünüb”.
Həmsöhbətimiz deyir ki, İranın yaxın qonşusu və dostu kimi Ermənistanın bu cür oyunlarını həmişə onlara demişik:
“Orada yaşayan azərbaycanlıların, İran vətəndaşlarının mənafeyindən çıxış edən bir ölkə kimi daima Azərbaycan Ermənistanın bu xislətilə bağlı məsələləri Tehranın diqqətinə çatdırıb. Amma təəssüf ki, Tehranın bu kontekstdə mövqeyi adekvat olmayıb. Ermənilərin belə hərəkət edəcəyi tamamilə gözlənilən idi”.
Amma ekspertin fikrincə, bu hələ məsələnin hamısı deyil:
“Bir müddətdən sonra, müharibənin gedişində Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının da təkcə Azərbaycanla bağlı məlumatları toplayıb İrəvana verməsi deyil, həmçinin İranla bağlı məlumatları ABŞ və İsrailə ötürmələri də yəqin ki, aydın olacaq. Bu ehtimal böyükdür.
Əminəm ki, proseslərin müəyyən mərhələsində bu da ortaya çıxacaq. Çünki “binokl” adlandırdığımız bu müşahidə cihazı sadəcə binokl deyil. Avropalılar o qədər sadəlövh deyillər ki, Ermənistan Azərbaycan və Ermənistan İran sərhədini binoklla müşahidə etsinlər. Bunlar ən müasir kiber təchizatla təmin olunmuş xüsusi nəzarət aparatlarıdır ki, ən müxtəlif koordinatları peyk vasitəsilə istənilən mənbəyə ötürə bilirlər”.
H. Babaoğlu qeyd edir ki, heç olmasa indi İran dostunun, düşməninin kim olduğunu dərk etməlidir:
“Müharibədən daha ekstremal vəziyyət yoxdur. Müharibə vaxtı müttəfiq hesab etdiyi Ermənistan İranı satırsa, Tehran nəhayət özünün xarici və Cənubi Qafqaz siyasətində həqiqi müttəfiqinin kim olduğu barədə tərəf müəyyənləşdirməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 İyun 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri