İranla bağlı bütün tərəflərin razılığa gəldiyi vahid mövqe yoxdur
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranda bir müddətdir davam edən etiraz aksiyalarını rejim xarici amillərlə əlaqələndirməyə çalışır və iddia edir ki, aksiyalarda Qərbin əli var. Ədalət Partiyasının sədri Mütəllim Rəhimov isə bu qənaətdə deyil.
Newscenter.az-a verdiyi açıqlamada o deyib ki, Qərb dövlətləri İranda insan haqlarının pozulmasını tənqid etsə də, birbaşa rejim dəyişikliyinə yönəlmiş fəal müdaxilə etmirlər:
“ABŞ rəsmiləri yalnız Xameneinin dəyişdirilməsi haqqında danışırlar. Görünür, İranla bağlı bütün tərəflərin razılığa gəldiyi vahid mövqe yoxdur. Buna görə də regionda qeyri-sabitliyin artması, nüvə proqramı ilə bağlı risklər və prosesin nəzarətdən çıxmasının Yaxın Şərq üçün daha ağır nəticələr doğura biləcəyi ehtimalı ehtiyatlı mövqe nümayiş etdirilməsinə səbəb olur. Rusiya və Çin isə mövcud rejimin qorunmasında maraqlıdır və Tehranla strateji əməkdaşlığı davam etdirir”.
Mütəllim Rəhimovun sözlərinə görə, bütün bunları nəzərə aldıqda demək olar ki, mövcud aksiyalar qısa və orta müddətdə birbaşa rejim dəyişikliyinə gətirib çıxarma ehtimalı azdır:
“Lakin bu, etirazların əhəmiyyətsiz olduğu anlamına gəlmir. Bu proses hakimiyyəti müəyyən sosial və taktiki güzəştlərə məcbur edə bilər”.
Süleyman
Bu mövzuda digər xəbərlər:Tramp və Putin İranla bağlı razılığa gəldi
19 Mart 2025 12:25
İranla bağlı bütün variantlar masadadır Uolts
17 Mart 2025 10:24
Aİ nin XİN rəhbərləri İranla bağlı vahid mövqe qəbul etdilər
17 İyun 2025 16:06
Prezident: İranla razılığa gələcəyik və...
28 Aprel 2025 14:59
İranla bağlı vəziyyətdə bütün tərəflər təmkinli davranmalıdır
04 Aprel 2025 15:07
Baxış sayı:47
Bu xəbər 09 Yanvar 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















