İranla müharibədə ABŞ ın neçə hərbçisi ölüb? Trampdan AÇIQLAMA
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
ABŞ Vyetnam və Əfqanıstandakı ilə müqayisədə İranla müharibədə daha az itki verir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib.
"Heç Vyetnamda neçə nəfərin öldüyünü bilirsiniz? Heç soruşmusuz ki, bir gündə Əfqanıstanda neçə nəfər ölüb?", - deyə o qeyd edib.
Amerika lideri ABŞ Mərkəzi Komandanlığının açıqladığı məlumatla bağlı bildirib ki, İordaniyada iki amerikalı hərbçi İranın hücumunu dəf edərkən həlak olub. Əsgərlərdən biri hələ də itkindir, dördü xəstəxanaya yerləşdirilib, bir neçə nəfər isə yüngül xəsarət alıb.
“Associated Press”-in hesablamalarına görə, ABŞ ilə İran arasında münaqişə başlayandan bəri 16 amerikalı hərbçi həlak olub, 450-dən çoxu yaralanıb.
Vyetnamda 58 mindən, Əfqanıstanda isə 2 min 400-dən çox amerikalı həlak olub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 19 İyul 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















