İranlı deputatdan SENSASİON AÇIQLAMA “Rusiya hərbi məlumatlarımızı İsrailə ötürüb” VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
"Rusiya İsrailə İranın müdafiə mərkəzləri barədə məlumat verib".
Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, bu sözləri İranın Məsləhət Şurasının üzvü Məhəmməd Sədr bildirib.
Onun sözlərinə görə, Rusiyanın İsrailə İranın müdafiə obyektlərinin dəqiq mövqeləri haqqında məlumatları ötürməsi “strateji müttəfiqlik” anlayışının dəyərsiz olduğunu göstərir.
Sədr qeyd edib ki, Rusiyanın İsrailə qarşı xüsusi maraqları var və bunu ölkədə yaşayan bir neçə milyon rus yəhudisi ilə əsaslandırırlar.
Deputat əlavə edib ki, İsrailin son müharibələrdə İranın müdafiə mərkəzlərini dəqiq hədəf ala bilməsi Rusiyanın ona məlumat verməsi şübhələrini yaradır. O, vurğulayıb ki, bu, Qərbin qorxaq davranışları ilə əlaqəli deyil, konkret olaraq Rusiyanın hərəkətləridir.
Millət vəkili bildirib ki, Rusiya İsrailin yaradılmasını BMT-də ilk tanıyan ölkələrdən biridir.
Sədr həmçinin Rusiyanın S-400 raket sistemlərinin hələ də İrana göndərilmədiyini xatırladıb. O, Rusiyaya tam etibar etməyin doğru olmadığını və İranın qonşusu olsa da, Moskva ilə ehtiyatla davranmalı olduğunu deyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 25 Avqust 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















