İranlı general: Tehran Ermənistanla heç bir razılığa gəlməyib
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə İranın hərbi elitasının nümayəndəsi, general-mayor Yəyha Rəhim Səfəvi bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Ermənistanla nə real anlaşma, nə də ortaq məxrəc var: "Biz qırmızı xətlərimizi açıq və aydın şəkildə Ermənistanın diqqətinə çatdırmışıq. Buna görə də, Ermənistan parlament üzvünün açıqlaması reallığa uyğun gəlmir. Digər tərəfdən, əgər biz ABŞ-ın Fars körfəzindəki mövcudluğuna qarşıyıqsa, onda niyə onların Cənubi Qafqazdakı mövcudluğunu dəstəkləməliyik? Biz regiona və sərhədlərimizin təhlükəsizliyinə bütövlükdə baxırıq. Buna görə də, bu layihə hazırkı formatda İran üçün təhlükə yaradır. Biz Ermənistanla danışıqları davam etdiririk. Lakin oradakı təhlükəsizlik məsuliyyəti Amerika silahlı qüvvələrinin üzərinə düşərsə, İran cavab tədbirləri görmək hüququnu və müvafiq addımlar atmaq imkanını özündə saxlayır".
Səfəvi həmçinin qeyd edib ki, Ermənistan sərhədçiləri İran-Ermənistan sərhədini və oradan keçən yolları müstəqil şəkildə nəzarətdə saxlasaydılar, daha yaxşı olardı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 13 Avqust 2026 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















