İranlı nazir: Ermənistanla Araz üzərindən ikinci keçid məntəqəsinin inşası barədə razılığa gəldik
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran və Ermənistan Araz çayı üzərindən ikinci sərhəd körpüsünün inşası barədə razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İrəvanda "Tasnim" agentliyinə bildirib.
Onun sözlərinə görə, tərəflər, həmçinin mövcud körpünün yenidən qurulması, sərhəd terminallarının abadlaşdırılması barədə razılığa gəliblər:
"Bu addımlar yükdaşımalarının asanlaşmasına və hərtərəfli tranzit paketinin formalaşmasına töhfə verəcək".
Nazir qeyd edib ki, Ermənistanda aparılan danışıqlarda dəmiryol layihələrinə xüsusi diqqət yetirilib:
"Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolunun inkişafı ilə bağlı strateji plan razılaşdırılıb ki, bunun da region ölkələri arasında tranzit əlaqələrində səmərəli rol oynayacağı ehtimal olunur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 19 Avqust 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















