Icma.az
close
up
RU
İranlılar o gəlsin dedi, Trampın sözləri heyrətləndirdi Pezeşkiana xüsusi tapşırıq

İranlılar o gəlsin dedi, Trampın sözləri heyrətləndirdi Pezeşkiana xüsusi tapşırıq

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp İranın sonuncu şahının oğlu Rza Pəhləvi ilə görüş keçirməyi məqsədəuyğun hesab edib-etmədiyi barədə düşündüyünü deyib.

Tramp bildirib ki, İran hökuməti etiraz aksiyaları zamanı nümayişçilərin öldürülməsinə yol verərsə, Vaşinqton Tehrana çox sərt zərbələr endirəcək. ABŞ prezidentinin sözlərinə görə, hazırki mərhələdə prosesin gedişini izləmək və kimin önə çıxacağını görmək lazımdır.

Trampın Pəhləvilərin İranda hakimiyyəti yenidən ələ alması ilə bağlı plana yanaşması necədir?O, şahın oğlunu dəstəkləyəcəkmi?

Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, İranda baş verən iğtişaşlar son 18 ilin nəticəyə yaxın olan ən ciddi hadisəsidir:

“İslam Respublikasındakı hadisələrin nüvəsində İranın on milyardlarla dollar xərcləməklə yaratdığı proksi imperiyanın dağılmasından sonrakı proseslər dayanır. Daxili auditoriya xarici siyasətdəki uğursuzluqlardan sonra, 46 il öncə formalaşdırılmış mifik ideologiyanın reallaşacağına inamını tamimilə itirdi. İran xalqına on illərlə bu ölkənin məğlubedilməzliyi haqqında əsatirlər uydurularaq təlqin edilib. Lakin cəmi 12 gün ərzində İsrailABŞ-ın bu ölkəni maneəsiz bombalaması ictimaiyyətin inancını sarsıtdı.

İran xalqı dərk etdi ki, teokratik rejim idarəçilərinin iddia etdiyi kimi ölkələrinin toxunulmazlıq zirehi yoxdur. Özlərindən on dəfə kiçik ölkə İsrail bir toxunuşla xalqı qorumalı olanların özlərini belə məhv edir. Bu tip rejimlərdə kütlənin inancının zədələnməsi sistemin faciəsidir. İranın teokratik rejimi bu gün həmin faciə ilə üzbəüzdür. Rejim ciddi narahatdır. Məhz bu amil nəzərə alınraq rejimdaxili rollar bölüşdürülüb. Təkamül yolu ilə dəyişim xətti ölkə prezidentinə tapşırılıb.

Mən İran siyasətində səmimiyyətə inanmadığım üçün Prezident Pezeşkianın fikirlərini də, rejim mətbəxinin məhulu hesab edirəm. Bu xətt, əsasən etirazçıların emosiyalarının yumuşaldılmasına xidmət edir. İkinci xətt daha sərt müdaxilə və xarici təsir agentlərinə qarşı mübarizədir ki, bunu İranın dini lideri öz üzərinə götürüb. Əsas məqsəd rejimdaxili mərkəzdənqaçma tendensiyasının qarşısını almaqdır. Əslində, ikinci xətt üşüncü xəttin yaranmasına təsir göstərən amildir. Çünki üçüncü və ən təhlükəli xətt elita arasında parçalanmanın olmasıdır ki, bu vəziyyət inqilabı mümkün edən amildir. Rejimin ən çox qorxduğu situatsiya da elə sonuncudur”.


Bakir Həsənbəyli 

Politoloq bildirib ki, ehtimal olunan inqilabdan sonra hakimiyyətə kimin gəlməsi ilə bağlı mütləq nə isə demək müəyyən çətinliklər yaradır:

“Çünki İrandaxili və ölkə xaricində fəaliyyət göstərən ayrı-ayrı qrupların teokratik rejimdən sonrakı proseslə bağlı vahid fikirləri yoxdur. Bir qrup dünyəvi dövlətin qurulmasının tərəfdarı olsa da, başqa bir qrup fedarativ İranda hər millətin haqq və hüquqlarının tanına biləcəyini iddia edir. Onu da qeyd edim ki, hətta İran daxilində böyük etnik qrupların müstəqil dövlətlərinin olmasını təklif edənlər də var. Pəhləvi şahzadəsinin hakimiyyətə gəlişini istəyənlər isə İran İslam inqilabından sonra dünyaya gələnlər və monarxiya dövrününün zülümündən xəbərsiz olanlardır.

Nəzərə alsaq ki, İran əhalisinin 65 faizi İslam inqilabından sonra dünyaya gələn nəsildir və bu xətt daha çox müasirlik tərəfdarı olanlardır, o zaman Rza Pəhləvi adının meydanlarda səslənməsi anlaşılandır. Lakin ABŞ prezidentinin son müsahibəsi onu göstərir ki, Tramp şahzadənin İrana rəhbərlik iddiasını normal qəbul etmir. Beləliklə, əgər İranda ehtimal edilən rejim dəyişikliyi baş verərsə, keçid dövrü üçün ölkəyə hərbiçilərin və islahatçı kəsimin rəhbərlik etməsi daha inandırıcı görünür. Nəzərə alsaq ki, İranda bu gün baş verən hadisələr xaotik kütlə etirazlarıdır, o zaman bu nüans daha çox ehtimal oluna bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri