Icma.az
close
up
RU
Xameneidən Pezeşkiana tapşırıq: Tehranda Bakı qalmaqalı böyüyür

Xameneidən Pezeşkiana tapşırıq: Tehranda Bakı qalmaqalı böyüyür

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bir müddət öncə İranda Güney Azərbaycan əsilli Məsud Pezeşkianın hakimiyyətə gəlməsi Türk dünyasında müsbət hadisə kimi qiymətləndirildi. Türk kökənli birinin İrandakı soydaşlarının problemlərinə çarə tapacağı, həmçinin Azərbaycanla da gərginliyin aradan qaldırılacağı gözlənilirdi.

Hətta bəzi ekspertlərin fikrincə, Pezeşkianın hakimiyyətə gəlməsi Bakıya İranla bağlı bir sıra məsələləri həyata keçirmək fürsəti verib.

Lakin vəzifəsinin ilk günlərində İran prezidentinin Bakıya qarşı çağırışlar etdiyi barədə iddialar yayıldı. Daha sonra Tehran hökuməti bunları təkzib etdi. Son olaraq isə Pezeşkianın COP29 sammitində iştirak üçün Azərbaycana gəlməsi gözlənilsə də, bu, baş tutmadı.

Ölkənin ali rəhbəri Ayətullah Xamenei tərəfindən Pezeşkiana bu istiqamətdə kart-blanş verilə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Vüqar Zifəroğlu deyib ki, bu, yalnız İran prezidentindən asılı olan məsələ deyil:

“Bir sıra faktorlar var ki, hər iki ölkənin münasibətlərinə ciddi təsir edir. Əsasən mühafizəkar qanad Bakı ilə münasibətlərdə normallaşmanın başlamasına bir çox hallarda əngəl olmaqdadırlar. Məsələn, Pezeşkianın COP29-da iştirak etməməsini az qala əhəmiyyətli hadisə kimi qələmə vermək, buna görə bəzi mühafizəkar qanadın təmsilçilərinin ona təşəkkür belə etməsinin nə dərəcədə adekvat yanaşma olaraq qəbul edilə biləcəyi sual doğurur.

Əgər Pezeşkian tərəflər arasında dialoq qurmaq və etimad yaratmaq istiqamətində praktiki addımlar ata bilərsə, müəyyən irəliləyişlər mümkün olar”.

Qeyd edək ki, SEPAH-a yaxın media qurumları İsrailin COP29-da yüksək səviyyədə iştirak etməsi səbəbindən İran prezidentinin Bakıya səfərinin təxirə salındığını yazıb.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri