İraq, BƏƏ, Qazaxıstan və Oman neft hasilatı planlarını OPEC ə təqdim ediblər
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 4 mart, AZƏRTAC
Dörd ölkə gündəlik xam neft hasilatı planını OPEC-ə təqdim edib.
AZƏRTAC OPEC-in yaydığı məlumata istinadla xəbər verir ki, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Oman fevral-iyun ayları üzrə yenilənmiş hasilat planlarını OPEC Katibliyinə göndərib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman rəsmiləri 2025-ci il noyabrın 30-da keçirilən videokonfrans formatında görüşdə neft hasilatına könüllü düzəlişlər edilməsi ilə bağlı razılığa gəliblər. Bu il yanvarın 4-dəki görüşdə noyabrda qəbul edilmiş qərara sadiq qalınması və neft hasilatının sabit saxlanılması barədə razılıq əldə olunub.
Həmin ölkələr fevralın 1-də keçirilən virtual görüşdə razılaşdırıldığı kimi, əlavə könüllü düzəlişlərlə yenilənmiş kompensasiya planlarını OPEC Katibliyinə təqdim ediblər. Səkkiz ölkə nümayəndələrinin martın 1-də videokonfrans formatında baş tutan görüşündə isə sabit qlobal iqtisadi perspektivlər və mövcud sağlam bazar fundamentalları nəzərə alınmaqla, 2023-cü ilin aprel ayında razılığa gəlinən istehsalın gündəlik 1,65 milyon barelinin azaldılmasına dair könüllü düzəlişləri bərpa etmək barədə qərar verib və sutkalıq neft hasilatının 206 min barel artırılması ilə bağlı razılıq əldə ediblər. Bu tədbirin iştirakçı ölkələrə kompensasiyalarını sürətləndirmək üçün fürsət yaradacağı bildirilib. Qərar cari ilin aprel ayında qüvvəyə minəcək.
OPEC+ ölkələrinin nümayəndələri bazar şərtlərini, uyğunluğu və kompensasiyanı nəzərdən keçirmək üçün aylıq görüşlər keçirirlər. Növbəti görüşün gələn ay baş tutacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 04 Mart 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















