İraq iki illik fasilədən sonra Türkiyəyə neft ixracını bərpa etdi
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İraq iki illik fasilədən sonra Kərkük-Ceyhan boru kəməri ilə Türkiyəyə neft ixracını bərpa edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Rudaw" nəşri İraq Kürdüstanı Təbii Sərvətlər Nazirliyinin bəyanatına istinadən məlumat verib.
Müvafiq razılaşma tədarükün bərpası şərtləri ilə bağlı uzun müddət davam edən danışıqlardan sonra əldə olunub. Neft ixracı sentyabrın 27-də Bakı vaxtı ilə səhər saat 7:00-da başlayıb.
"Biz ixracın bərpasına hazırlaşmışıq: Zaxu şəhərindən qərbdə 46 saylı ixrac xəttində sayğac işə salınıb, Türkiyəyə ixracın həcminə nəzarət etmək üçün mütəxəssislərimiz oradadırlar", - deyə İraqın "North Oil Company" dövlət şirkətindəki mənbə qeyd edib.
Onun sözlərinə görə, kəmərin doldurulmasına bir-iki gün vaxt lazım gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 27 Sentyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















