Icma.az
close
up
RU
İraq mediasında Ümummilli Lider Heydər Əliyevlə bağlı məqalə dərc olunub

İraq mediasında Ümummilli Lider Heydər Əliyevlə bağlı məqalə dərc olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qahirə, 14 may, AZƏRTAC

İraq mediasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: dini tolerantlığın Azərbaycan təcrübəsi” başlıqlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi iraqlı tədqiqatçı dr. Mutəzz Muhi Əbdülhəmid Azərbaycanda dini konfessiyalar arasında tarixən formalaşmış tolerant münasibətin mövcud olduğunu qeyd edir. Azərbaycandakı dini tolerantlığın müasir dövrdə dini radikallıqla üzləşən bir sıra ölkələr üçün nümunə olduğunu diqqətə çatdıran müəllif dini sahədə sabitliyə nail olunmasında, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasında Heydər Əliyevin əvəzsiz rolunu vurğulayır. İraqlı müəllif Ümumilli Liderin 1993-cü il sentyabrın 5-də Məhəmməd (s) peyğəmbərin mövludu münasibətilə Təzəpir məscidində nitqindən sitat gətirir və bildirir ki, Heydər Əliyev öz çıxışlarında hər zaman dini tolerantlığın Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirdiyini vurğulayırdı.

Müəllif əlavə edir ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda tarixən kök salmış tolerantlıq ənənələrinin hüquqi və siyasi müstəvidə möhkəmləndirilməsi üçün siyasi iradə nümayiş etdirib.

Ulu Öndərin yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin ölkəmizdə tolerantlıq münasibətlərinin qorunub saxlanması və möhkəmləndirilməsi sahəsində rolundan danışan Mutəzz Muhi Əbdülhəmid vurğulayır ki, Azərbaycan islam və başqa dinlərə məxsus müqəddəs məkanların inşasına, bərpasına və yenilənməsinə xüsusi diqqət yetirir.

Məqalənin sonunda qeyd olunur ki, Azərbaycanın tolerantlıq ənənələri və bu sahədə uğurları dərin təhlil edilməlidir. Ölkədə müxtəlif xalq və konfessiyaların nümayəndələrinin dinc birgəyaşayış baxımından dünyaya nümunə ola biləcək bir modeli yaranıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri