Icma.az
close
up
RU
İraq qızlar üçün evlilik yaşını doqquza endirə bilər

İraq qızlar üçün evlilik yaşını doqquza endirə bilər

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İraq parlamenti ailə məcəlləsinə nikah yaşının oğlanlar üçün 18-dən 15-ə, qızlar üçün isə 9-a endirilməsini nəzərdə tutan dəyişiklikləri qəbul edib.

Bizimyol.info xəbər verir ki, "Rudaw" telekanalın verdiyi məlumata görə, düzəlişlər bir çox deputatın əleyhinə çıxış edən digər iki qanun layihəsi ilə birlikdə vahid paket kimi qəbul edilib.

Verilən məlumatagörə, İraqın qanunvericilik palatasının spikeri Mahmud əl-Məşhədani eyni vaxtda üç qanun layihəsi üzrə səsvermənin keçiriləcəyini elan edib. Telekanal qeyd edir ki, bu, özlüyündə qeyri-legitim addımdır və həmçinin “lehinə” səslərin kifayət qədər olmamasına baxmayaraq, səsvermənin baş tutduğunu və uğurlu olduğunu qeyd edib. İclasda iştirak edən deputatlardan biri iddia edir ki, üç qanun layihəsinin lehinə “cəmi üç-dörd nəfər” səs verib.

"Rudaw"a danışan deputat, həmçinin bildirib ki, parlamentin bir çox üzvü spikerin hərəkətlərinə etiraz olaraq zalı tərk edib, lakin qalan deputatlar "əsasən əl-Məşhədani tərəfindən elan edilmiş düzəlişlərin siyahısını təsdiq etməkdən imtina etdiblər", bu da qanunvericilik məclisinin rəhbərinə hər üç qanun layihəsinin qəbul edildiyini elan etməyə mane olmayıb. Bundan dərhal sonra bir qrup İraq parlamentarisi spikerin istefasını tələb edən petisiya imzalayıb, onlardan bəziləri ötən sessiyanın konstitusiyaya uyğunluğuna etiraz etməyi planlaşdırıblar.

Xüsusilə, 1959-cu ildə qəbul edilmiş və İraqın ailə məcəlləsini təmsil edən 188 saylı “Şəxsi status haqqında” qanuna edilən dəyişikliklər ictimai etirazlara səbəb olub. Hazırkı variantında nikahın yalnız mülki qanunvericiliyə uyğun bağlanmasını nəzərdə tutur ki, bu da öz növbəsində nikahı 18 yaşına çatmış qabiliyyətli kişi və qadının könüllü birliyi kimi şərh edir. Xüsusi hallarda 15 yaşından nikaha icazə verilir.

10 sentyabr 2024-cü ildə OHCHR İraq hökumətinə ailə qanununa sözügedən düzəlişin qəbuluna hazırlıqla bağlı narahatlığını ifadə edən məktub göndərib. Sənəddə deyilir ki, belə bir qanun nəinki uşaq nikahlarını leqallaşdırır, həm də İraqın evlənmək üçün minimum yaş həddi 18-i nəzərdə tutan beynəlxalq hüququn pozulmasına səbəb olur.

Ailə məcəlləsinin yeni variantı parlament tərəfindən təsdiqləndikdən sonra ölkə prezidenti tərəfindən ratifikasiya edilməlidir – yalnız bundan sonra qüvvəyə minmiş hesab ediləcək.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:300
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Yanvar 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri