Zəfər Gününə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
07 noyabr 2025-c il tarixdə YAP Samux rayon təşkilatında YAP Samux rayon təşkilatı və Samux rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş şahmat turnirinin qalibləri fəxri fərmanla mükafatlandırılıb.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək Zəfər Gününün tariximizə qızıl hərflərlə yazıldığını qeyd edərək, Zəfər Gününə həsr olunmuş turnirin əhəmiyyətindən danışıb. 8 Noyabr Zəfər Gününün Azərbaycan xalqının tarixində misilsiz qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı bu qələbə dövlətimizin gücünü və xalqımızın birliyini bütün dünyaya göstərdi.
Qeyd edək ki, turnir gənclərin milli ruhda tərbiyəsi və Vətən müharibəsində əldə olunan qələbənin əhəmiyyətinin təbliği baxımından xüsusi önəm daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 08 Noyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















