İraq tam enerji müstəqilliyinə yaxınlaşır
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
İraq neft emalı gücünü sutkada 1,3 milyon barrelə çatdırıb və iqtisadi sabitliyin və enerji suverenliyinin təmin edilməsi strategiyasının bir hissəsi olaraq bu həcmi 1,65 milyon barelə çatdırmağı planlaşdırır.
“Ölkə.az” xəbər verir ki, bu barədə İraqın baş naziri Məhəmməd əl-Sudaninin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, bu cür templər İraqın neft məhsullarına olan daxili tələbatını tam ödəməyə, idxalı azaltmağa, milyardlarla xarici valyutaya qənaət etməyə və aviasiya yanacağını ixrac etməyə başlamağa imkan verəcək.
Neft emalı potensialının artması İraqı xammal ixracatçısından neft məhsulları bazarında tam hüquqlu oyunçuya çevirir. Bu, ölkənin iqtisadi suverenliyini gücləndirir, yanacaq idxalından asılılığı azaldır və regionda enerji balansını dəyişə bilər.
Vurğulanıb ki, neftin əsas təsir aləti olduğu Yaxın Şərq üçün belə bir addım İraqın müstəqilliyinin artırılması və onun regional geosiyasətdə rolunun güclənməsi deməkdir.(report)
Baxış sayı:51
Bu xəbər 25 Avqust 2025 00:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















