İraq Türkiyəyə neft ixracını 1 milyon barelə çatdırmağa hazırlaşır
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İraq Türkiyəyə gündəlik neft ixracını 1 milyon barelə qədər artırmağı planlaşdırır.
Bu barədə İraqın Baş naziri Əli əl-Zaidi Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Ərdoğan çıxışı zamanı İraqın Türkiyəyə gündə 1 milyon barel neft tədarükü imkanını nəzərdən keçirdiyini deyib. Baş nazir Əli əl-Zaidi isə bunu təsdiqləyərək, “Bəli, bu doğrudur – 1 milyon barel”, – ifadəsini işlədib.
Əl-Zaidi qeyd edib ki, onun Türkiyəyə ilk rəsmi səfəri iki ölkə arasında enerji, nəqliyyat, təhsil, su ehtiyatlarının idarə olunması və “İnkişaf yolu” (Development Road) layihəsi çərçivəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Baş nazir bildirib ki, bu səfər sadəcə protokol xarakteri daşımır, əsrlərə söykənən İraq-Türkiyə münasibətlərinin daha da möhkəmləndiyini nümayiş etdirir.
O, Fars körfəzi ölkələrini İraq üzərindən dünya bazarları ilə birləşdirməyi nəzərdə tutan “İnkişaf yolu” layihəsini iki ölkənin iqtisadi tərəfdaşlığının simvolu adlandırıb.
Əli əl-Zaidi layihəni Dəclə və Fərat çayları ilə müqayisə edərək bildirib: “Coğrafiya bizə iki çay bəxş edib. İndi isə üçüncü çayı – iqtisadiyyat çayını yaratmaq istəyirik. Bu çay isə məhz “İnkişaf yolu” layihəsidir.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 29 İyul 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















