Ərdoğan: İraq Türkiyəyə gündə 1 milyon barel neft tədarük edə bilər
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əl-Zeydi ilə enerji və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, Ərdoğan İraq tərəfinin Türkiyəyə gündə 1 milyon barel neft tədarük etməyə hazır olduğunu bildirdiyini deyib.
“Bizə dedilər ki, Türkiyəyə gündə 1 milyon barel neft göndərə bilərik. Bu halda başqa mənbələrdən asılı olmağa ehtiyac qalmaz. Qonşumuz İraqdan bu həcmdə neft tədarükü başlasa, tələbatımızı ödəyə bilərik”, – deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan əlavə edib ki, Ankara da öz növbəsində İraqın ehtiyac duyduğu müdafiə sənayesi məhsullarının tədarükünə töhfə verməyə hazırdır.
Bu mövzuda digər xəbərlər:İraq Türkiyəyə neft ixracını 1 milyon barelə çatdırmağa hazırlaşır
29 İyul 2026 00:32
Ərdoğan Trampı Türkiyəyə dəvət etdi
08 Noyabr 2024 16:10
Ərdoğan Trampı Türkiyəyə dəvət edib
05 May 2025 19:04
Əliyev Türkiyəyə getdi, Ərdoğan qarşıladı
19 İyun 2025 17:28
Ərdoğan: “Avropanın Türkiyəyə ehtiyacı var!”
24 Mart 2025 19:22
Baxış sayı:145
Bu xəbər 28 İyul 2026 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















