İraqda Starlink rəsmi fəaliyyətə başlayır
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İraq hökuməti ABŞ-nin "Starlink" şirkəti ilə ölkə ərazisində peyk interneti xidmətinin göstərilməsinə dair rəsmi saziş imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə İraq Dövlət Media və Rabitə Komissiyasının İcraiyyə Şurasının rəhbəri Baliğ Əbu Kəlal açıqlama verib.
Onun sözlərinə görə, bu gün imzalanan lisenziya Starlink şirkətinə İraqda fəaliyyət göstərmək imkanı yaradacaq və ölkə vətəndaşlarını təhlükəsiz, yüksək keyfiyyətli internet xidməti ilə təmin edəcək.
Baliğ Əbu Kəlal bildirib ki, xidmətə qoşulma xərcləri bütün vətəndaşlar üçün əlçatan olacaq.
O əlavə edib ki, "Starlink" şirkətinə lisenziyanın verilməsi İraqda internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 18 İyul 2026 03:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















