İraqdan hava bazalarına hücumlarla bağlı sərt AÇIQLAMA
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İraq Müdafiə Nazirliyi ölkədə yerləşən hava bazalarına edilən hücumlarla bağlı açıqlama yayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, qurum hücumların davam etdiyi halda kənarda qala bilməyəcəklərini bildirib.
Açıqlama X sosial media platformasında paylaşılıb. Nazirlik son günlərdə ölkədə yerləşən Shaheed Ala Air Base və Shaheed Ali Faleh Air Base hava bazalarına raket və pilotsuz uçuş aparatları ilə edilən hücumlara münasibət bildirib.
Bəyanatda qeyd olunub ki, sözügedən hərbi bazalar tam şəkildə İraqın suverenliyi altındadır və həmin obyektlərdə heç bir xarici qüvvə yerləşmir.
Həmçinin bildirilib ki, bu bazalarda Iraqi Air Force-un zabitləri və hərbi personalı, eləcə də ölkənin hərbi təyyarə donanması yerləşdirilib.
Nazirlik vurğulayıb ki, hücumlar təkrarlanarsa, İraq buna qarşı bütün qanuni hüquqlarından istifadə edəcək və ölkənin təhlükəsizliyi üçün lazımi addımlar atılacaq.
Gülay
Baxış sayı:142
Bu xəbər 11 Mart 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















