Səudiyyəyə PUA hücumu: İraqdan sərt reaksiya
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
İraq hökuməti Səudiyyə Ərəbistanı ərazisindəki obyektə pilotsuz uçuş aparatları (PUA) ilə hücumu kəskin şəkildə pisləyən rəsmi bəyanatla çıxış edib.
Axar.az xəbər verir ki, Nazirlər Kabinetində krallığın təhlükəsizliyini təhlükə altına ala biləcək və ya iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərinə zərər vura biləcək hər hansı təcavüz aktının qəbuledilməzliyi vurğulanıb.
İraqın Baş naziri Əli əz-Zeydi dərhal hücumun təfərrüatlarını araşdırmaq, təşkilatçıları müəyyən etmək və iştirakı olan hər kəsi məsuliyyətə cəlb etmək barədə göstəriş verib.
Bildirilib ki, İraq və onun dost dövlətlərlə əlaqələri üçün təhlükə yaradan addımlara "göz yumulmayacaq".
İraq tərəfi həmçinin Ər-Riyada konstruktiv reaksiyaya və təmkinə görə minnətdarlığını bildirib.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanının mövqeyi onun regionda sabitliyi və təhlükəsizliyi dəstəkləmək istəyini təsdiqləyir.
Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, ölkə ərazisindəki "Şərq-Qərb" neft kəməri İraqdan buraxılan dronların hücumuna məruz qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 12 Sentyabr 2026 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















