İrəvan 3+3 formatında sammitin ev sahibi olmaq niyyətindədir
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistan "3+3" formatında nazirlərin sammitinə ev sahibi olmağa hazırdır.
Ermənistan XİN-dən verilən açıqlamaya görə, "3+3" formatında üçüncü görüş İrəvanda və yaxud Bakıda keçirilə bilər. Nazirlik İrəvanın bu görüşü qəbul eləməyə hazır olduğunu bildirib.
İştirakçıların birinci blokuna Azərbaycan ilə Ermənistan, ikinci üçlüyə isə Türkiyə, Rusiya və İran daxildir. Gürcüstan öz iştirakını təsdiqləməyib.
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan respublikanın əvvəllər də sammitə ev sahibliyi etməyə hazır olduğunu bildirdiyini vurğulayıb.
Kostanyan deyib: "Ermənistan hələ 2024-cü ildə (İstanbulda) bəyan etdiyi kimi, "3+3" formatında növbəti nazirlər görüşünü keçirməyə hazırdır. Azərbaycan da analoji bəyanatla çıxış edib".
Sammitin zamanı və nazirlərin görüşünün dəqiq məkanı daha sonra açıqlanacaq.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü zamanı Rusiya Federasiyasının Cənubi Qafqaz üzrə “3+3” sammitinin İrəvanda və ya Bakıda keçirilməsinin tərəfdarı olduğunu bildirmişdi.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 08 Sentyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















