Rusiya: Bakı və İrəvan “3+3” formatında növbəti görüşün tarixini tezliklə razılaşdırmalıdır
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Ötən il 18 oktyabr 2024-cü ildə İstanbulda keçirilmiş görüşün qərarına əsasən, növbəti nazirlər səviyyəsində toplantı Bakı və ya İrəvanda baş tutmalıdır. Biz hesab edirik ki, Azərbaycan və Ermənistan tərəfləri bu il və gələn il tədbirin kim tərəfindən təşkil olunacağına dair paket razılaşmaya uyğun şəkildə görüşün keçirilmə ardıcıllığını tez bir zamanda müəyyənləşdirəcəklər”, – deyə diplomat qeyd edib.
Zaxarova vurğulayıb ki, Rusiya tərəfi qəbul olunacaq birgə qərarı dəstəkləməyə hazırdır. “Bu il ərzində Azərbaycan və Ermənistan nümayəndələri Abu-Dabidə, Vaşinqtonda və Düşənbədə bir neçə dəfə ikitərəfli görüşlər keçiriblər. Ümid edirik ki, bu birbaşa təmaslar sözügedən məsələnin həllinə də töhfə verəcək”, – deyə o əlavə edib.
Diplomat diqqətə çatdırıb ki, formatın formalaşma prosesi davam edir, artıq üç iclas keçirilib və iş “Regional problemlərə – regional həllər” prinsipi əsasında qurulub. “Əsas diqqət iştirakçı ölkələr arasında iqtisadiyyat, energetika, nəqliyyat və mədəniyyət sahələrində əlaqələrin ardıcıl və harmonik inkişafına yönəlib,” – deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, ekspert səviyyəsində də təmaslar aparılır: “Əminik ki, bütün üzvlərin – o cümlədən qapıları açıq olan Gürcüstanın – aktiv iştirakı regionun sabitliyinə və inkişafına töhfə verəcək”,- deyə o əlavə edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 21 Noyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















