İrəvan adının rəsmi dəyişdirilməsi sənədlərlə təsdiqləndi: SSRİ nin 1936 cı il qərarı FOTOFAKT
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli 1936-cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi rəsmi qərarı ictimaiyyətə təqdim edib.
Bizim.Media xəbər verir ki, Əziz Ələkbərli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Bu sənəd məhz 1936-cı ildə SSRİ MİK-i tərəfindən İrəvan şəhər adının Yerevan adı ilə əvəzlənməsini, Tiflis adının isə Tbilisi adı ilə əvəz edilməsini əyani şəkildə təsdiq edən sənəddir.
Üstəlik, bir məqama diqqət çəkmək istəyirəm. Bütün digər 20 toponimdən fərqli olaraq, Tiflis adının birmənalı şəkildə Tbilisi adı ilə əvəz edilməsi hökm edilmir, mötərizədə Tiflis adının saxlanması bu toponimin Tiflis şəklində işlənməsini də məqbul sayır.
Onda biz niyə dilimizə və tarixilik prinsipinə uyğun olaraq onu Tiflis yox, dilimizdə çətin tələffüz olunan Tbilisi şəklində işlədirik?”, - deyə QAİ sədri bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 10 Noyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















