ABB də pulu qalan müştərinin üsyanı
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Ölkənin aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankı (ABB) növbəti dəfə müştəri narazılığı ilə gündəmə gəlib.
“Yeni Sabah” xəbər verir ki, bank xidmətindən narazı qalan vətəndaş istifadə müddəti bitən kartındakı vəsaiti çıxara bilmədiyini və süründürməçiliklə üzləşdiyini bildirib.
Bu barədə sosial şəbəkədə paylaşım edən şikayətçi qeyd edib ki, kartın müddəti sentyabr ayında başa çatsa da, bank tərəfindən ona bu haqda əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. Kart hesabında müəyyən məbləğdə vəsaiti qalan vətəndaş şənbə günü həmin pulu digər ABB kartına köçürmək istəyərkən maneə ilə qarşılaşıb. Sezar pizza
Məsələ ilə bağlı banka müraciət edən müştəriyə əvvəlcə filiala yaxınlaşaraq məbləği 0,5% komissiya haqqı ödməklə nağdlaşdırmaq təklif olunub:
“Kartda müəyyən məbləğdə vəsait var idi, başqa kartıma köçürmək istəyəndə maneə yarandı. Mənə dedilər ki, filiala yaxınlaş, nağdlaşdırma üçün 0,5% komissiya ödə. Öz pulumu almaq üçün niyə faiz ödəməliyəm? Sonra isə texniki problem olduğunu və işin uzadıldığını bəhanə etdilər”.
Şikayətçi problemin günlərdir həll olunmadığını və ləngidildiyini vurğulayıb:
“Bazar ertəsi olmasına baxmayaraq, artıq 5 dəfə bankla əlaqə saxlamışam, amma yenə bəhanələr gətirirlər. Bəlkə bir insanın təcili pula ehtiyacı var? Kartın vaxtı bitibsə, öz vəsaitimizi niyə rahat ala bilmirik? Bir sözlə, bu bankla işinizi qurmayın, yarı yolda qalarsınız”.
Cəlalə Cəlalqızı
Baxış sayı:110
Bu xəbər 06 Oktyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















