Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə keçiriləcək oyunla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, baş məşqçi komandanın toplanışdakı hazırlığından və futbolçuların yanaşmasından razı olduğunu deyib:
“Bizi bu tsiklin son oyunu gözləyir və bu matçda müsbət nəticə əldə etmək istəyirik. Futbolçularımızdan, onların enerjisindən, inkişaf etmək istəyindən və milli komandaya faydalı olmaq həvəsindən çox razıyam. Bu toplanış bizi daha da birləşdirdi və onu müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, oktyabrın 6-da “Əlincə Arena”da keçiriləcək Azərbaycan (U-21) – Cəbəllütariq (U-21) oyunu Bakı vaxtı ilə saat 17:45-də başlanacaq. Qarşılaşma "İdman TV" kanalı vasitəsilə canlı yayımlanacaq.
saytlarin hazirlanmasi
Baxış sayı:723
Bu xəbər 05 Oktyabr 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















