Icma.az
close
up
RU
İrəvan “borc bataqlığı”nda: Pankin vaxt verdi, 5 ölkə cavab gözləyir

İrəvan “borc bataqlığı”nda: Pankin vaxt verdi, 5 ölkə cavab gözləyir

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinin Ermənistanla bağlı açıqlaması İrəvanda narahatlıq doğurub.

XİN rəsmisi Ermənistanın 2026-cı ilin yanvarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) iki illik borcunun yığılacağını bildirib. Pankin qeyd edib ki, rəsmi İrəvan 2025-ci ilin sonuna kimi təşkilatın büdcəsinə ödənişlər edə bilməsə, üzv dövlətlərin müxtəlif variantları nəzərdən keçirməsi gözləniləndir.

O, nəticədən asılı olmayaraq heç bir ölkənin təşkilatdan qovunulmasının düşünülmədiyini söyləyib. Ermənistanın da sadəcə iştirakını dondurduğunu, lakin hələ də üzv olaraq qaldığını vurğulayıb.

İrəvanın borcunu qaytara bilməyəcəyi təqdirdə, KTMT-nin hansı tədbirləri nəzərdən keçirməsi gözləniləndir?

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, Ermənistan ilə KTMT arasında uzun müddətdir problemlər yaşanır:

"Rəsmi İrəvan təşkilatı 44 günlük müharibə zamanı Ermənistana lazımı dəstək verməməkdə ittiham edir. Halbuki, bu iddialar tamamilə əsassızdır. Çünki KTMT üzvləri də Azərbaycanın öz ərazilərində döyüşdüyünü, müharibənin Ermənistan ərazisinə daşınmadığını bildirirlər.

Ermənistan tərəfi verilən izahlara baxmayaraq tənqidlərinə davam edir. Hətta İrəvan hökuməti təşkilatın iclaslarına qatılmayaraq bir növ etirazını bildirməyə başladı. Bu da öz növbəsində KTMT ilə problemlərin daha da artması ilə nəticələndi.

İndi məlum olur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödənişləri də etmir. Özü də vəziyyət iki ildir belədir. Lakin yenə də Ermənistanın təşkilatdan uzaqlaşdırılacağını düşünmürəm. Çünki KTMT özü də bu gün yaxşı vəziyyətdə deyil. Təşkilata yeni üzvlərin qəbul edilməməsi ilə yanaşı, mövcud üzvlərdən birinin çıxarılması da müsbət nə isə verməyəcək. Əksinə, bu vəziyyət Ermənistanın istədiyi bir şeyin reallaşması deməkdir".
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Mart 2025 06:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri