Kətan toxumu xolesterinin səviyyəsini aşağı salır
Icma.az, Axsham.az saytına istinadən bildirir.
Lif, bitki mənşəli Omeqa-3 yağ turşuları və antioksidantlarla zəngin olan kətan toxumu ürək sağlamlığını dəstəkləməyə, xolesterinin səviyyəsini azaltmağa və qəbizliyi aradan qaldırmağa kömək edə bilər.
Axşam.az xəbər verir ki, dietoloqlar kətan toxumunun faydalarından danışaraq, onun üyüdülmüş və bütöv halda istifadəsi arasındakı fərqləri açıqlayıb.
Mütəxəssislər kətan toxumunun üç əsas faydalı komponentini qeyd edib:
Lif: Bağırsaqların fəaliyyətini tənzimləyir və qəbizliyin aradan qaldırılmasına kömək edir.
ALA Omeqa-3: Bitki mənşəli faydalı yağ turşusudur.
Lignanlar: Antioksidant və fitoestrogen xüsusiyyətlərə malik təbii bitki birləşmələridir.
İnsanların böyük əksəriyyəti gündəlik qidalanmada kifayət qədər lif qəbul etməməsi bəllidir. Bu baxımdan kətan toxumu rasiona faydalı əlavə ola bilər.
Mütəxəssislər bildirib ki, aparılan klinik araşdırmalar kətan toxumunun bəzi populyar superqidalardan daha güclü elmi əsaslara malik olduğunu göstərir. Bununla belə, onun sağlamlığa təsiri adətən mülayim səviyyədədir.
Araşdırmalar xüsusilə bütöv və ya üyüdülmüş kətan toxumunun qəbulunun bəzi insanlarda LDL, yəni pis xolesterinin səviyyəsini azaltmağa kömək edə biləcəyini göstərir. Bu baxımdan üyüdülmüş kətan toxumu kətan yağı ilə müqayisədə daha faydalı seçim hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 Noyabr 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















