Icma.az
close
up
RU
İrəvan indi də Çinə üz tutur

İrəvan indi də Çinə üz tutur

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paşinyanın “çoxvektorlu xarici siyasət”i qeyri-müəyyənlik doğurur

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iyunun 25-27-də Çin Xalq Respublikasına rəsmi səfər edəcək. Ölkənin xarici işlər nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüş və digər müzakirələr nəzərdə tutulub.

Qeyd edək ki, son illərdə Ermənistanın xarici siyasət kursunda nəzərəçarpacaq dəyişiklik müşahidə olunur. Əgər əvvəllər Hayastan tam şəkildə Rusiya Federasiyasına inteqrasiya olunmuşdusa, hazırda daha çox Qərblə, yəni Avropa İttifaqı və ABŞ-la yaxınlaşma siyasətini önə çıxarır. 2023-cü ildən başlayaraq baş nazir Nikol Paşinyan administrasiyası açıq şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) və Avrasiya İqtisadi Birliyini tənqid etməyə başladı.

Hökumət nümayəndələri açıq şəkildə Rusiya ilə iqtisadi əməkdaşlıqdan yararlandıqları halda siyasi dəstəyin səviyyəsindən narazılıq edir, Avropa strukturları ilə yeni siyasi əməkdaşlıq mexanizmləri qurmağa can atırlar. Belə bir dönəmdə Ermənistan xarici işlər nazirinin Çinə rəsmi səfərə yollanması bu ölkənin xarici siyasətində yeni istiqamət axtarışlarının əlaməti kimi qiymətləndirilə bilər. Maraqlıdır, Qərblə yaxınlaşmağa çalışan, Rusiya ilə siyasi münasibətlərin səviyyəsini aşağı salan Ermənistan indi Çinlə nələri müzakirə edəcək? Yoxsa, bu da, sadəcə, növbəti siyasi manevr, tərəfdaş axtarışıdır?

Regiondakı həssas geosiyasi şəraitdə bu səfər diqqəti cəlb edir. Məlumdur ki, Ermənistan İran və İsrail arasında davam edən hərbi qarşıdurmasında Tehranın tərəfini saxlayıb. Çin də İsrailin hərbi əməliyyatlarını kəskin şəkildə pisləyib. Göründüyü kimi, Pekin və İrəvanın bu məsələdə mövqeyi üst-üstə düşür. Bu yanaşma isə maraq doğurur.

A.Mirzoyanın Çinə səfərinə Ermənistan daxilində də münasibət birmənalı deyil. Erməni ekspertləri bildirirlər ki, səfər Ermənistan tarixində adi hadisə deyil. Onlar öz fikirlərini bununla əsaslandırırlar ki, Ermənistan–Çin münasibətləri hər zaman “soyuq neytrallıq” şəraitində olub. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, bu günə qədər siyasi əməkdaşlıq strateji səviyyəyə keçməyib. Rəsmi İrəvan bu dəfə Çini iqtisadi və texnoloji əməkdaşlıq baxımından prioritet istiqamət kimi təqdim edir. Ermənistan mediasında səfər öncəsi yayılan məlumatlarda bildirilir ki, gündəmdəki əsas mövzularından biri “Bir kəmər, bir yol” təşəbbüsündə Ermənistanın iştirakının dərinləşdirilməsi, infrastruktur layihələri və texnologiya sahəsində əməkdaşlıq olacaq. Lakin burada Ermənistanın Çin üçün nə qədər önəmli olması sualı meydana çıxır. Çünki bu faktdır ki, Çin son illərdə Cənubi Qafqazda əsasən Azərbaycan və Gürcüstanla əməkdaşlığa üstünlük verir. Xüsusilə Bakı ilə Pekin arasında iqtisadi layihələri, ticarət dövriyyəsi və nəqliyyat bağlantıları sürətlə artıb. Prezident İlham Əliyevin 2025-ci il aprelin 22-24-də Çinə etdiyi dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Hazırda Çinin bölgədə əsas tərəfdaşı məhz Azərbaycandır. Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr Pekin üçün daha funksionaldır. Belə bir zamanda Ermənistanın Çinlə yüksək səviyyəli əlaqələr qurması çətin görünür. İrəvanın Pekinə təklif edə biləcəyi ciddi nəqliyyat infrastrukturunun və ya tranzit imkanlarının olmaması bu əməkdaşlığın reallığına kölgə salır. Digər tərəfdən, bu səfər, bəlkə də, rəsmi İrəvanın Rusiyaya alternativ tərəfdaşlarının ola biləcəyinə dair bir mesajıdır. Dolayısı ilə səfər həm də daxili auditoriyaya və Kremlə ünvanlanmış siyasi jest kimi görünə bilər. Yəni, İrəvannın bu kontekstdəki rolu yalnız “alternativ tərəfdaş” imitasiyası ilə məhdudlaşa bilər.

Onu da bildirək ki, A.Mirzoyan son aylarda verdiyi bəyanatlarda Ermənistanın “müstəqil və çoxvektorlu” xarici siyasət yürütmək niyyətində olduğunu vurğulayıb. O, 2024-cü ilin payızında Avropa Parlamentindəki çıxışında demişdi: “Ermənistan artıq heç bir regional gücün forpostu rolunu oynamayacaq”. Onun bu sözləri birbaşa şimal qonşumuza yönəlmiş mesaj kimi qiymətləndirildi. Mirzoyan həmçinin qeyd etmişdi ki, Ermənistanın maraqları yalnız bir blokla deyil, müxtəlif tərəfdaşlarla tarazlanmalıdır. 2023-cü ilin sonunda “Armenpress”ə verdiyi açıqlamada isə belə demişdi: “Çin Ermənistan üçün mühüm texnoloji və iqtisadi tərəfdaş ola bilər”. Lakin bu yanaşma, təcrübədə real mexanizmlərlə deyil, daha çox niyyət bəyanatları ilə müşayiət olunur. Mirzoyanın səfər öncəsi fikirlərində də konkret layihələr deyil, daha çox “strateji baxışlar” diqqət çəkir ki, bu da səfərin simvolik xarakter daşıdığını göstərir.

Mirzoyanın səfəri daha çox Ermənistanın beynəlxalq arenada tərəfdaş tapmaq üçün atdığı görüntü xarakterli addım təsiri bağışlayır. Çin xarici işlər naziri və digər rəsmi şəxslərlə rəsmi foto-çəkilişlər, birgə bəyanat, bir neçə memorandum imzalanması İrəvana daxildə siyasi dividendlər qazandıra bilər, amma real əməkdaşlıq perspektivi çox uzaqdır. Ermənistan dünya siyasətində təsirli olmaq istəyirsə, o zaman əvvəlcə regional reallıqları qəbul etməlidir. Çin İrəvanın deyil, sabitliyin, resursların və real potensialın olduğu tərəflə əməkdaşlığa üstünlük verir. Belə bir tərəf isə Azərbaycandır.

Mövzu üzrə fikirlərini XQ ilə bölüşən Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti, siyasi şərhçi Oğuz Mirzəyev bildirdi ki, Azərbaycan Prezidentinin bu ilin aprelin Çinə etdiyi dövlət səfəri Cənubi Qafqazın geosiyasi düzənində yeni mərhələnin başlanğıcı oldu. Onun sözlərinə görə, bu səfər zamanı iki ölkə arasında münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildi. Çin diplomatiyasında bu, yalnız sabitlik və etimad təklif edən ölkələrlə qurulan yüksək əməkdaşlıq formatıdır: “Çin bu qərarı ilə regionda sabit və məsuliyyətli aktor kimi Azərbaycanı önə çıxardı. Bu, nə diplomatik nəzakət, nə də simvolik jest idi. Bu, Pekinin Bakı ilə uzunmüddətli və nəticəyə əsaslanan münasibət qurmaq istəyinin rəsmi ifadəsi idi. Azərbaycanın bu səviyyəyə çatmasının arxasında ardıcıl və reallıqlara əsaslanan siyasəti dayanır. Ölkə enerji təhlükəsizliyinin təminatçısı, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsi və Cənubi Qafqazda sabitliyin əsas dayağıdır. Qlobal miqyasda isə Azərbaycan balanslı, müstəqil və çevik diplomatiyası ilə BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və qlobal iqlim gündəliyi kimi platformalarda söz sahibi mövqeyinə malikdir”.

O.Mirzəyev dedi ki, Bakı–Pekin münasibətləri yalnız bəyanatlarla deyil, konkret layihələrlə inkişaf edir: “Orta Dəhliz, yaşıl enerji, rəqəmsal texnologiyalar və logistika bu əməkdaşlığın real sütunlarıdır. Bu fonda Ermənistanın xarici işlər nazirinin Pekinə gözlənilən səfəri diqqət çəkir. Lakin burada iki vacib fərq var. Birincisi, Azərbaycanla Çin arasında təmas dövlət başçıları səviyyəsində qurulub, Ermənistan isə sadəcə, XİN rəhbəri səviyyəsində əlaqə yaratmağa çalışır. Diplomatiyada təmsilçilik səviyyəsi mövqe göstəricisidir və Pekin bu nüansları təsadüfən müəyyən etmir. İkincisi, Ermənistan təşəbbüskar deyil. Sadəcə, Azərbaycanın formalaşdırdığı istiqaməti təqib etməyə çalışır. Bakı Çinə konkret gündəm, sabitlik modeli, iqtisadi imkan və siyasi etimad təklif etdi. İrəvan isə Azərbaycanın bu addımlarının nəticə verdiyini gördükdən sonra həmin trayektoriyaya daxil olmağa çalışır. Amma diplomatiyada liderlik vaxta, qərara və iradəyə əsaslanır; oxşama deyil, orijinallıq qazanır”.

Siyasi ekspert bildirdi ki, Ermənistanın bugünkü səyi, əslində, Azərbaycan diplomatiyasının təsirini etiraf etməkdir. Lakin bu təsirin təkrarına yox, yeni keyfiyyətə ehtiyac var: “Çin isə öz tərəfdaşlarını təkcə sözlə yox, nəticə ilə seçir. Ermənistan hələ də daxili ziddiyyətlər, revanşist təmayüllər və regional qeyri-sabitlik fonunda özünü inandırıcı aktor kimi təqdim edə bilmir. Azərbaycan isə artıq bu mərhələni keçib. Bakı Çinlə strateji gündəm qurdu və onu konkret sahələrdə tətbiq etməyə başladı. Rəsmi İrəvan isə hələ həmin xəritədə yer axtarır. Məncə, Pekin bu regionda artıq öz tərəfdaşını seçib və bu seçim prosesə kimin liderlik etdiyini açıq şəkildə göstərir”.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri