Zelenski indi də cənub ölkəsinə üz tutur
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna prezidenti Vladimir Zelenski apreldə Cənubi Afrikaya səfər edəcək. O, Cənubi Afrika Respublikasının Prezidenti Ramafosa ilə görüşəcək.
Reyting.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Cənubi Afrika prezidentinin sözçüsü deyib ki, Zelenski Ramafosa ilə aprelin 10-da görüşüb Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq səylərini müzakirə edəcəklər.
"Səfər prezident Ramafosanın prezident Putin və prezident Zelenski ilə Rusiya və Ukrayna arasında sülhə yol açacaq inklüziv sülh prosesi ilə bağlı razılaşmalarının davamıdır", - sözçü bildirib.
Xatırladaq ki, Cənubi Afrika Ukraynadakı müharibə ilə bağlı neytral mövqeyini bəyan edib.
Qeyd edək ki, genişmiqyaslı müharibə zamanı Ukrayna, xüsusən Afrika və Qlobal Cənubla diplomatik səylərini artırıb. Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Afrika liderlərini sülh prosesinə cəlb etmək üçün Afrika ölkələrinə bir neçə dəfə səfər edib.
ELÇİN
Bu mövzuda digər xəbərlər:Fənərbaxça dan ayrılan baş məşqçi ölkəsinə üz tutur
29 May 2026 13:03
Zelenski, Putin və Trampı ölkəsinə dəvət etdi
05 Mart 2025 10:42
İranlı hücumçu ərəb ölkəsinə üz tutdu
23 Avqust 2026 17:36
Zelenski ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib
24 Avqust 2025 19:58
Zelenski bu tarixdə Aİ liderlərini ölkəsinə dəvət etdi
15 Aprel 2025 12:30
Baxış sayı:98
Bu xəbər 07 Mart 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















