Icma.az
close
up
RU
İrəvan kimi Tiflisə də tarixi adını deməliyik DEPUTAT

İrəvan kimi Tiflisə də tarixi adını deməliyik DEPUTAT

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Deputat Əziz Ələkbərli İrəvan və Tiflis toponimlərinin tarixi adlarla işlədilməsinə çağırış edib, bu məsələdə hüquqi əsasların mövcud olduğunu bildirib.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli deyib.
Deputat bildirib ki, bəzi tarixi toponimlərin saxtalaşdırılmış formada işlədilməsi ilə bağlı hüquqi əsas yoxdur və bu məsələyə yenidən baxılmalıdır:
“Belə toponimlərdən biri İrəvan, digəri isə Tiflis şəhər adlarıdır. Bütün elmi ədəbiyyatlarda ümumi şəkildə deyilir ki, 1936-cı ildə İrəvan şəhərinin adı dəyişdirilib Yerevan qoyulub. Mən Azərbaycan tarixşünaslığında bu məsələyə dəqiqlik gətirmək istəyirəm”.
Əziz Ələkbərli qeyd edib ki, 1936-cı il avqustun 17-də SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi “Yaşayış məntəqələrinin adlarının düzgün yazılışı haqqında” qərarda müxtəlif respublikalar üzrə 20 yaşayış məntəqəsinin adlarının yazılışına düzəliş edilib.
Deputatın sözlərinə görə, həmin qərarda yalnız üç toponimin həm tarixi, həm də yeni variantda işlədilməsinə icazə verilib:
“Onlardan biri Ermənistanda İrəvan və ya Yerevan, ikincisi Türkmənistanda Neftedağ və ya Nebitdağ, üçüncüsü isə Gürcüstanda Tiflis və ya Tbilisi toponimləridir”.
O vurğulayıb ki, Azərbaycanda artıq İrəvan toponiminin tarixi variantı geniş şəkildə istifadə olunur və eyni yanaşma digər adlara da tətbiq edilə bilər:
“Biz indi İrəvanın tarixi adını bərpa etmişik, uğurla da işlədirik. Bu, təkcə bizim tarixi haqqımız deyil, həm də həmin qərarda təsbit olunub”.
Deputat media nümayəndələrinə müraciət edərək tarixi toponimlərin istifadəsinə daha çox diqqət yetirməyə çağırıb:
“Mən həmin sənədi bu gün media nümayəndələrinə paylayacağam və onlardan tarixi toponimlərimizin qərarda təsbit olunan variantda yazılışına əməl etməyi xahiş edirəm. Gəlin bütün müstəvilərdə dilimizin saflığını qoruyaq”.


 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 İyun 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri